Hərbi qələbədən diplomatiya zəfərinə
İlham Əliyev Ermənistanı yeni reallıqlara uyğunlaşmağa məcbur edir
Cənubi Qafqazın bugünkü reallıqları iki il əvvəlkindən tamamilə fərqlənir. Vətən müharibəsindəki qələbəsi ilə gündəmi kökündən dəyişən Azərbaycan artıq beynəlxalq ictimaiyyəti də yeni reallıqlar ətrafında səfərbər edib.
Ən mühümü də odur ki, hazırkı müzakirələrdə, dialoqlarda Ermənistanın iddialarına, tələblərinə əhəmiyyət verən yoxdur. Bu vəziyyətdə İrəvanın özü də anlayır ki, Bakının münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərinə arxa çevirməsi perspektivdə ona baha başa gələ bilər.
Azərbaycanla Avropa İttifaqının mövqeləri uzlaşır
Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri konstruktivdir. Təsadüfi deyil ki, Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstəyi, bu məsələləri daim diqqətdə saxlaması da bunu təsdiq edir.
Ona görə də bir müddət əvvəl Bakının irəli sürdüyü prinsiplərə Ermənistanın etiraz etməyə bəhanəsi qalmadı. Çünki bu prinsiplərə etiraz etmək sülhə, təhlükəsizliyə qarşı çıxmaq olardı ki, bu da hazırkı reallıqlar şəraitində Ermənistanın onsuz da beynəlxalq miqyasdakı mənfi reputasiyasını daha bərbad vəziyyətə salardı. Aydındır ki, Ermənistan İkinci Qarabağ müharibəsində yalnız darmadağın olunmadı. Bu qələbə ilə Azərbaycan Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etdi. Uzun illər beynəlxalq ictimaiyyətə yalan məlumatlar sırıyan Ermənistan və dünya erməniliyi haqlı olaraq belə bir sual qarşısında qaldı ki, işğalçı deyildinsə, niyə Azərbaycan tərəfindən darmadağın edildin. Və ya işğalçı deyildinsə, erməni diasporunun kök atdığı bir-iki ermənipərəst dövlət istisna olmaqla, niyə beynəlxalq səviyyədə müdafiə olunmadın?
Bu baxımdan Azərbaycanın qətiyyətli və haqlı mövqeyi Ermənistanı yeni reallıqlara uyğun mövqe qoymağa məcbur edir. Çünki Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təşəbbüsləri həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Ümumiyyətlə isə, Brüssel formatı Azərbaycanın hərbi qələbədən sonra diplomatiya müstəvisində də zəfərlə irəliləməsindən xəbər verir.
Ermənistana verilən son şans
Azərbaycan üçtərəfli razılaşmalara müvafiq olaraq münasibətlərin normallaşdırılmasına xidmət edən konkret fəaliyyət ortaya qoyur. Bu barədə Prezident İlham Əliyevin Aİ Şurasının rəhbəri Şarl Mişellə telefon danışığında da məlumat verildi. İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə "Bakı-Yerevan" formatında danışıqlara hazır olduğunu vurğulayıb.
Azərbaycanın regionda kommunikasiyaların bərpası istiqamətində fəaliyyəti də respublikamızın münasibətlərin normallaşdırılması yönümündəki konstruktiv və nəticəyönümlü təşəbbüslərinin təsdiqidir. Aprelin 26-da Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edən Prezident İlham Əliyev bu sahədə görülən işlər barədə danışaraq bildirib ki, dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsi tikilib və gələn il inşa işləri tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.
Göründüyü kimi, Bakı xoş məram nümayiş etdirir. Ermənistan isə bunlardan nəticə çıxarmalıdır. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın təklifləri fonunda Ermənistana xəbərdarlıq edərək bildirib: "Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".
Bir neçə gün əvvəl dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistanın yol verdiyi təxribat, İrəvanın özündə revanşistlərin mitinqləri göstərir ki, bu ölkədə hələ də reallığı başa düşmək və ya qəbul etmək istəməyənlər var. Həmin revanşistlərin yanaşmalarının Ermənistanı hansı vəziyyətə saldığı göz önündədir. Ona görə də erməni cəmiyyətinin yeganə yolu Azərbaycanın yaratdığı reallıqlarla bağlı konstruktivlik nümayiş etdirməkdir. Bunun əksi isə səfalət içində sürünmək və Azərbaycanın "dəmir yumruğ"una tuş gəlməkdir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!