13 Avqust 2022 02:00
640
CƏMİYYƏT
A- A+

Hər ay Ağdam RİH-də Qazilər günü olacaq

 

Ağdam Rayon İcra Hakimiyyətində bir qrup qazi ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov qaziləri salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. 
Vaqif Həsənov şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, əsgər və zabitlərimizin rəşadətindən danışaraq əldə olunan uğurları Prezident-xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Görüşdə qazilərin səhhəti və qayğıları ilə maraqlanan RİH-in başçısı onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib. 
V.Həsənov Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün, hazırda Bakıda məskunlaşmış Birinci Qarabağ müharibəsinin II qrup əlili Rzayev Tahir Yelmar oğlunun ötən ay yanmış evinin təcili təmir olunmasını Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırıldığını diqqətə çatdırıb. 
O, həmçinin növbəti aydan etibarən hər ayın ikinci həftəsinin ikinci günü Ağdam Rayon İcra Hakimiyyətində Qazilər günü olacağını bildirib.

L.QULİYEV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video