11 May 2022 18:18
1019
Səhiyyə
A- A+

Həkim-pediatr: Uşağı tez-tez deyil, acanda yedizdirmək lazımdır

Bəzən uşağın ətli-canlı, kök olması valideynlərdə onun sağlam olması fikrini yaradır. Ona görə də bəzi analar uşaqlarını çox yedizdirməyə çalışırlar.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayevin dediyinə görə, uşağın tez-tez yedizdirilməsi onun sağlam böyüməsi demək deyil: “Uşağın zorla, məcburi olaraq yedizdirilməsi düzgün deyil və sonrakı yaşlarda daha böyük problemə səbəb ola bilər. Valideyn tərəfindən uşağın müxtəlif üsullarla şirnikləndirərək yedizdirilməsi tamamilə yanlışdır. Hər bir uşaq acarkən gündə üçü dəfə ailə ilə bərabər süfrədə oturması daha yaxşıdır, bəzən ara yeməkləri də ola bilər. Bunu uşaqlara vərdiş etdirmək lazımdır”.

Doyandan sonra uşağa əlavə olaraq nəsə yedizdirmək doğru deyil. İştahası olmayan uşaqlarla əlaqədar həkim bunları deyib: “Uşaq nə qədər çox hərəkət etsə, fiziki yorğunluq olsa, o qədər də yeməyə çox ehtiyac duyacaq. Evdə oturan, fiziki hərəkətlər etməyən və ya az hərəkət edən uşaq acmayacaq ya zəif yeyəcək, ya da yeməkdən imtina edəcək. Ona görə ilk növbədə uşağın fiziki hərəkətli olmasına fikir vermək və uşağın yaşına uyğun olaraq hərəkət etmək lazımdır. Bir uşağın başqa bir uşaqla müqayisə edilməsi düzgün deyil”.

Ona görə də uşağın sağlam böyüməsi üçün onun tez-tez yedizdirilməsinə yox, özü istədiyi qədər yeməsinə üstünlük verilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video