Gürcüstanda istehsal olunan PUA-ların ilk sınaq uçuşları keçirilib
Yanvarın 27-də Gürcüstan-Polşa müəssisəsi tərəfindən birgə istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sınaq uçuşları həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, döyüş və kəşfiyyat təyinatlı PUA-ların sınaq uçuşu uğurla həyata keçirib.
“FLYEYE” pilotsuz uçuş sistemi ağır meteoroloji və radioelektron döyüş şəraitində bütün iqlim zonalarında tapşırıqları yüksək dəqiqliklə yerinə yetirmək üçün nəzərdə tutulub. Sistem gecə-gündüz real vaxt rejimində gizli müşahidə imkanlarını və məlumatların təhlilini təmin edir.
“WARMATE” sübut edilmiş effektivliyə və yüksək məhvetmə dəqiqliyinə malik döyüş başlıqlı PUA-dır. Müxtəlif növ döyüş başlıqlarına malikdir. Polşa Ordusu, həmçinin digər NATO və qeyri-üzv istifadəçiləri tərəfindən istifadə olunur.
Qeyd edək ki, “Delta-Webe” MMC Gürcüstanda “Delta İnternational” MMC və WB Electronics S.A. tərəfindən təsis edilib. Şirkətlər “Delta”nın 100 faizlik iştirak payı ilə yaradılıb.
Gürcüstan-Polşa müəssisəsinin məqsədi pilotsuz uçuş aparatlarının yığılmasıdır. Müəssisə ildə yüzlərlə dron istehsal edə biləcək. Bu mərhələdə şirkət WARMATE və FLYEYE tipli pilotsuz uçuş aparatlarının yığılması üçün texniki xidmət proseduralarını təmin edir.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Xuanşer Burçuladze, daxili işlər naziri Vaxtanq Qomelauri və digər rəsmi şəxslər sınaq uçuşlarını müşahidə ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!