07 Avqust 2022 00:25
681
Elm və texnika
A- A+

Günəbaxan tumları

 

Günəbaxan amerikalıların yabanı bir bitkini becərib çiçəkli formaya saldıqları məhsuldur. Daim günəşə boylanan bu bitkidən ilkin vaxtlardan başlayaraq müxtəlif məhsullar əldə edilib. Günəbaxandan hazırlanan yağ qidalanmada önəmli yer tutur. Tumları isə hər kəs tərəfindən sevilir.

Avropalı tacirlər bu bitkini təxminən 1500-cü illərdə öz vətənlərinə apararaq becərməyə başlayıblar. Rusiyada isə qida bitkisi kimi məşhurlaşana qədər günəbaxan dekorativ bitki kimi yetişdirilib. 1800-cü illərin əvvəllərindən etibarən Rusiyada hər il 2 milyon hektardan çox sahədə yetişdirilən günəbaxanın yeni növləri də ortaya çıxıb, ixracatda əhəmiyyətli rol oynayıb.

Günəbaxan tumları təkcə insanların yox, eləcə də quşların, dələlərin və digər  heyvanların da sevimli qidasıdır. Bir çox hallarda onun çiçəyinin başlarını torlara bükərək heyvanlardan qoruyurlar. Günəbaxanın müxtəlif növləri becərildiyindən onlardan əldə edilən tumlar da fərqli olur.

Günəbaxan bitkisinin müxtəlif növləri var. Həmin növlər yeyintidə və istehsalatda istifadə edilir. Belə ki, yağ istehsalında əsasən qabığı bərk və qara olan tumlardan, yeyintidə isə zolaqlı tumlardan istifadə edilir. Adətən, bərk qara tumların yağları sıxılaraq çıxarılır.

Günəbaxan tumları Amerikada 1900-cü illərdən başlayaraq qovrularaq satılmağa başlanılıb. Xüsusi dadın yaradılması üçün isə tumlara müxtəlif ədviyyatlar qatılırdı.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video