22 Oktyabr 2021 00:17
1833
Oxucu məktubları
A- A+

Gözümüz təhlükəli  ağaclarda qalıb

 

Hərdən, xüsusən də küləkli havalarda nəhəng bir ağacın özünün və ya bir hissəsinin təsadüfən qırılaraq yola, piyada zolağına, hər hansı bir tikilinin və ya avtomobilin üzərinə düşərək müəyyən fəsadlar törətdiyinin çoxlarımız şahidi olmuşuq.

Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının həyətində də belə  təhlükəli ağaclar var. Burada ağacın biri neçə vaxtdır ki, “müvazinətini itirərək” binanın balkonuna, digəri isə damına söykənib. Bu ağacların törədəcəyi ziyandan sakinlər çox narahatdırlar. Yaxşı olar ki, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi hər hansı bir bədbəxt  hadisə baş verməmiş sakinlərin bu narahatlığına son qoysun.

 

Səbuhi HƏSƏNOV,

sakin

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video