02 Avqust 2022 18:22
736
Səhiyyə
A- A+

Gözlər üçün profilaktika

 

Gözün görmə qabiliyyətinin uzunmüddətli olması profilaktikanın gözlənilməsindən çox asılıdır. Həmin qaydalara isə heç də həmişə əməl edilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən həkim-oftalmoloq Aygün Rəhimzadə deyib: “Göz xəstəliklərinin qarşısını almaq üçün uşaq yaşlarından oxuma qaydalarına riayət olunmalıdır. Yəni uzanıb kitab oxumaq, qaranlıqda televizora baxmaq bu sahədə çox ziyanlı rol oynayır. Mavi işığın mərkəzi sinir sisteminə neqativ təsiri var. Qaranlıqda göz bəbəkləri böyüdüyünə görə işıq daha çox göz dibinə düşür. Ona görə normal işıqlandırılan otaqda oturmaq, qaməti düz saxlamaq, fokus məsafəsini pozmamaq və düzgün qidalanmaq gözlərin qorunmasında mühüm rol oynayır. Düzgün qidalanma deyəndə Omeqa-3-lə zənginləşdirilmiş qidaların, meyvə-tərəvəzlərin çiy halda yeyilməsi nəzərdə tutulur, çünki həmin vitamin bədəndə sintez olunmadığı üçün yalnız qida ilə almaq mümkündür. Omeqa-3 daha çox kərə yağında və cevizlərdə olur. Gündəlik normal qidalanma tələblərinə əməl olunması, gigiyenik vasitələrdən düzgün istifadə edilməsi, gözləri iltihabdan qorumaq üçün prosedurların vaxtlı-vaxtında yerinə yetirilməsi onların görməsini uzunmüddətli edə bilər.

Həkim-oftalmoloqun dediyinə görə, bəzən şəkərli diabet, arterial hipertoniyanın olması yaşlılarda çox ciddi göz dibi problemlərinin yaranmasına səbəb olur: “Ona görə, ilk növbədə, həmin səbəbi aradan qaldırmaq lazımdır. Şəkər xəstəsi endokrinoloqun tövsiyələrinə əməl etməli, qan şəkərini normada saxlamalı, hipertoniya xəstəsi isə təzyiqinə nəzarət etməlidir ki, görmə sinirini qoruya bilsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video