24 Sentyabr 2022 14:14
757
İDMAN
A- A+

Gövhər Beydullayeva: Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq

 

“Shusha Chess 2022” beynəlxalq turnirinin iştirakçısı, Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva yarışla bağlı fikirlərini açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şahmatçı ilk turnirin gərgin mübarizə şəraitində keçdiyini deyib: “Şuşa turnirində maraqlı mübarizə izləyirik. Kifayət qədər maraqlı oyunlar var. Klassik şahmat olmadığı üçün əvvəlcədən oyun barədə danışmaq çətindir. Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq”.

Təşkilatçılığı yüksək qiymətləndirən G.Beydullayeva Azərbaycan üçün yarışın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu yarış Azərbaycana görə çox vacibdir. İlk dəfə olmasına baxmayaraq təşkilatçılıqda problem görmədim. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbi şahmatçılar Şuşada təşkilatçılıqdan razıdırlar. Ümumiyyətlə Şuşada insan təkcə şahmat barədə düşünmür. Şəhər hər birimizə çox maraqlıdır. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video