Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib
İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın anım gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərək "kiçik hekayənin böyük ustası"nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələr üzərində çalışacaqları barədə müzakirə aparıblar.
Tədbir iştirakçıları vurğulayıblar ki, Mir Cəlalın bədii sözlə maraqlı süjet, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmayıb. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səsləyən fəaliyyət istiqamətlərinə də təkan verərdi.
"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva anım tədbirinin yekununda Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan etdi.
Onlardan birincisi "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş "6 Sözlük Əhvalat" adlı müsabiqədir.
Bu müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllimovun sədrliyi ilə peşəkar yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar.
Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək.
Medianın İnkişafı Agentliyinin rəsmi veb-saytında yer alan səhifəyə (https://bit.ly/MEDİA) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq, həmçinin müsabiqəyə müraciət etmək mümkündür.
Müsabiqələrin ikincisi "Ədibin Evi"nin təşkil etdiyi Mir Cəlal adına III hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 yanvar tarixinədək göndərilməlidir. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Final mərhələsinə yüksələn 10 (on) hekayə "TEAS Press Nəşriyyat Evi" tərəfindən toplu şəklində nəşr ediləcək. Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2023-cü ilin aprel ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2 000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində 1908-ci ildə anadan olan Mir Cəlal 70 yaşında Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub. Onun 100 illik yubileyi 2008-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında qeyd edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!