Goranboyda Şəhidlər Xatirə-Abidə Kompleksinin açılışı olmuşdur
Goranboyda yenidən qurulan Şəhidlər Xatirə-Abidə Kompleksinin açılışı olmuşdur.
Rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, goranboylu Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailəsi adından Rahinə Məmmədova, qazi Vüsal Rzayev və şəhid atası Hafiz Əhmədov çıxış edərək Vətən uğrunda şəhid olmuş övladlarının xatirəsinə inşa edilmiş bu möhtəşəm kompleksə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın
27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürmüş, şanlı Zəfər qazanmış, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Ölkəmizdə şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıkeşlikdən danışan natiqlər bu sahədə rayonda görülən işləri diqqətə çatdırmışlar. Qeyd etmişlər ki, Goranboyda şəhidlərin məzarları ad günlərində və il mərasimlərində ailə üzvləri ilə birgə ziyarət edilir. Bundan başqa, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində abidə kompleksləri, bulaqlar və xatirə guşələri yaradılır, Şəhidlər xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq, təmizlik, səliqə-sahman işləri aparılır. Hazırda şəhid ailələrinin müraciətləri əsasında Xan Qərvənd kəndində Şəhidlər Xatirə Kompleksi yenidən qurulur. Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələlərinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Kompleksin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınmış, şəhidlərin foto güşələrinin tərtibi onlarla razılaşdırılmışdır.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun büstünün açılışı mərasimi də keçirilmişdir.
S.ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Meşəli faciəsi
24 Aprel
Əsl soyqırımını ermənilər Xocalıda törədiblər
24 Aprel
Zərif biznes
24 Aprel
Avtomobildən noutbukacan
24 Aprel
Fransa delimitasiyanın başlanmasını niyə təqdir etmir?
24 Aprel
Şanlı qələbə silsiləsində yeni mərhələ
24 Aprel
Qazaxın 4 kəndinin azad olunması yeni reallıqların məntiqi davamıdır
24 Aprel
"Həmin çətin illərdə belə bir tikinti sahəsinə rəhbərlik etmək böyük hünər idi"
24 Aprel
Əməkdaşlıq üçün yeni perspektivlər var
24 Aprel
Möhkəm təmələ əsaslanan müttəfiqlik
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!