13 Yanvar 2022 19:41
916
Təhsil
A- A+

Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

 

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 3 mərtəbəli 1 korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

1977-ci ildən məktəbdə çalışdığını bildirən müəllimə Möhtərəm Məmmədova əvvəlki binanın tədris üçün yararsız olduğunu deyərək, bunun şagirdlərin təhsilinə də mənfi təsir göstərdiyini söyləyib. “Lakin bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbimizin binası müasir standartlara yenidən inşa edilərək istifadəyə verilib. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Söz veririk ki, şagirdlərin keyfiyyətli təhsil alması, vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Belə yüksək təmirli məktəb binasında təhsil alan şagirdlərdən biri də birinci sinif şagirdi Aylin Novruzludur. O da digər şagirdlər kimi belə bir sevincli gündə valideynləri ilə məktəb binasının açılışına gəlib.

“Çox sevinirik. Artıq doğma məktəbimizdə oxuyacağıq. Bundan sonra daha yaxşı oxuyacağıma söz verirəm”, - deyə Aylin bildirib.

Müəllim və şagirdlərin sevincinə valideynlər də şərik olublar. Onlar belə yüksək təhsil şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər. Onlarla söhbət zamanı uşaqlarının təhsilli, Vətənə layiqli övlad kimi böyüyəcəklərinə əmin olduqlarını deyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video