31 Avqust 2024 16:07
98
DÜNYA
A- A+

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb

 

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb. Şirkətin 300 milyon səs parçası ilə yaratdığı bu model sayəsində vərəm və qrip kimi nəfəs yolları xəstəliklərinin erkən diaqnozu qoyula bilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, texnologiya nəhənginin süni intellekt modeli vərəmə yoluxmuş şəxsi müəyyən etmək üçün öskürək, burundan ifraz və nəfəsalmada çətinlik kimi 300 milyon nümunəni yaddaşına həkk edib. Bu erkən diaqnoz həmin insanlara vaxtında müalicə olunmaq imkanı verəcək. Süni intellekt modeli, habelə hər hansı birinin səsindən onun qripə yoluxduğunu müəyyən edə biləcək.

Smart telefonlar vasitəsilə asanlıqla istifadə olunacaq “Google” modeli səhiyyə xidmətlərinin bərbad olduğu ölkələrin vətəndaşları üçün göydəndüşmə olub. Şirkət diaqnostika üzrə süni intellekt modelinin dünyanın müxtəlif yerlərində əlçatan olması məqsədilə Hindistanın “Salcit Technologies” firması ilə əməkdaşlıq edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video