06 Avqust 2022 01:28
697
DÜNYA
A- A+

Geosiyasi gərginlik getdikcə artır

 

BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib ki, yalnız bir səhv dünyanı məhv olma təhlükəsi ilə üzləşdirə bilər

 

"Nüvə silahından imtina və onun məhv edilməsi bu növ silahdan heç vaxt istifadə olunmayacağının yeganə təminatıdır".

Bunu BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı olan ölkələrin 10-cu konfransında söyləyib. BMT rəhbərinin sözlərinə görə, hazırda nüvə təhlükəsi soyuq müharibə dövründən bəri ən yüksək həddə çatıb. Ona görə də dünyanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə  həmişəkindən daha çox ehtiyac var.  

BMT-nin Baş katibi qeyd edib ki, yalnız bir səhv dünyanı məhv olma təhlükəsi ilə üzləşdirə bilər: "Yaranmış əlverişli imkan fəlakətin qarşısını almağa və bəşəriyyəti nüvə silahlarından azad dünyaya aparan yeni yola çıxarmağa kömək edəcək tədbirlər hazırlamaq üçün fürsətdir. Bu, müqaviləni gücləndirmək, onu ətrafımızdakı problemli dünyaya uyğunlaşdırmaq üçün bir şansdır".

Geosiyasi gərginliyin getdikcə artdığını deyən A.Quterreş xüsusilə Rusiya- Ukrayna, Yaxın Şərq və Koreya yarımadasındakı münaqişələrə işarə edərək vurğulayıb  ki, bəşəriyyət Xirosima və Naqasakiyə edilən hücumlardan götürdüyü dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Yəni, istənilən dövlətin bu silahdan istifadəsi ağır fəlakətlərə səbəb ola bilər.

Bu arada Rusiya Prezidenti Vladimir Putin də konfrans iştirakçılarına məktub göndərib. Bir çox məsələlərə toxunan Putin qeyd edib ki, nüvə müharibəsində qalib ola bilməz və onu heç vaxt başlamaq olmaz, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin hərfinə və ruhuna ardıcıl şəkildə əməl edir.

ABŞ dövlət katibi Entoni Blinken isə Vaşinqtonun nüvə silahından yalnız fövqəladə hallarda istifadə edə biləcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton atom arsenalına yalnız ölkənin və onun müttəfiqlərinin həyati maraqlarını qorumaq üçün zəruri olan müdafiə vasitəsi kimi baxır.

Qeyd edək ki, 10-cu İcmal Konfransı 2020-ci ilin may ayında Nyu Yorkda keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən 2022-ci ilin avqust ayına kimi təxirə salınmışdı.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video