Generallar kapitana təslim oldular
Burkina-Fasoda ordu rəhbərliyi qiyamçıları dəstəklədi
Burkina-Fasoda daha bir dövlət çevrilişi baş verib. Ölkə ordusunun kapitanı İbrahim Traorenin rəhbərlik etdiyi qiyamçı hərbçilər müvəqqəti hökumətin başçısı, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damibanı devirib konstitusiyanı "dondurdular".
Ölkənin silahlı qüvvələrinin rəhbərliyi də qiyamçıları dəstəkləyib. Qiyamçılar mülki və ya hərbi prezident təyin etmək üçün "millətin sağlam qüvvələrinin" toplantısını vacib biliblər.
Nazirlər Kabineti buraxılıb, dövlətin sərhədləri bağlanıb. Yayılan məlumatlara görə, Sandaoqo Damiba Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonunun devrilmiş prezidentinin ölkəsinə gəlişinə razılıq verib.
Afrikanın qərbində yerləşən, 21 milyonluq əhalisinin 60 faizdən çoxunun müsəlman olduğu Burkina-Faso (1984-cü ilədək Yuxarı Volta adlanıb) 1960-cı ildə müstəqillik qazanıb. Bu ölkədə hərbi çevrilişlər artıq ənənə halını alıb.
Belə ki, 1960-cı il avqustun 5-də prezident Moris Yameoqo Yuxarı Voltanı müstəqil dövlət elan edib. 1966-cı ilin yanvarında başlanan ümummilli tətil nəticəsində Yameoqo devrilib və hakimiyyət ordunun polkovnik-leytenantı Sanqule Lamizana başda olmaqla hərbçilərin əlinə keçib.
1970-ci ildə Burkina-Fasoda yeni konstitusiya qəbul edilib, siyasi partiyaların fəaliyyətinə icazə verilib, artıq briqada generalı olmuş Lamizana isə ümumi səsvermə nəticəsində ölkə prezidenti seçilib. 1980-ci ilin noyabrında Yuxarı Voltada polkovnik Saye Zerbonun başçılığı ilə yenidən hərbi rejim qurulub. İki ildən sonra Zerbo növbəti hərbi cevriliş nəticəsində hakimiyyətdən devrilib.
Bu hərbi çevriliş nəticəsində hakimiyyətə mayor Jan Batist Uedraoqo gəlib.
1983-cü ildə növbəti çevriliş zamanı əvvəlki hökumətin solçu üzvü, kapitan Tomas Sankara dövlətin başçısı olub və onun təşəbbüsü ilə 1984-cü il avqustun 4-də ölkə Burkina-Faso adlandırılıb.
Sosial inqilabi dəyişikliklər kursunu həyata keçirən Sankaranın hakimiyyətə gəlməsindən üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd edib. 1987-ci il oktyabrın 15-də Sankara ən yaxın silahdaşı Blez Kompaore tərəfindən həyata keçirilmiş çevriliş nəticəsində öldürülüb. 1991-ci il iyunun 11-də yeni konstitusiya qəbul edilib. 1997-ci ildə təkrar prezident seçkilərinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb və Kompaoreyə bu vəzifəni faktiki olaraq ömürlük tutmaq hüququ verilib.
Lakin 2014-cü il oktyabrın 30-da ordu hakimiyyəti ələ keçirib və hökumətlə parlamenti buraxıb. Onların əvəzinə bir il ərzində konstitusiya quruluşunu bərpa etməli olan müvəqqəti idarəetmə orqanı formalaşdırılıb.
2015-ci il sentyabrın 16-da, seçkilərə 4 həftədən az qalmış prezident qvardiyasının hərbçiləri hökumətin iclasının keçirildiyi binaya soxularaq müvəqqəti Prezident Mişel Kafandonu həbs edib. Bundan əlavə, baş nazir İtshak Zida və iki nazir saxlanılıb, bütün hakimiyyət yeni yaradılmış "Milli Demokratiya Şurası"na verilib. Əhalidən və ordudan dəstək almayan qvardiyaçılar bir həftədən sonra çevrilişin "sonu"nu elan ediblər və prezident səlahiyyətlərini icra edən Kafando ilə baş nazir Zida öz vəzifələrinə qayıdıblar. Oktyabrın 1-də isə qvardiyaçıların başçısı briqada generalı Gilber Dyendre həbs edilib.
Bu il yanvarın 24-də ölkədə qansız hərbi çevriliş baş verib və hərbçilər müstəqillik dövründə ikinci dəfə sivil yolla prezident seçilmiş Rok Mark Kristian Kaboreni hakimiyyətdən uzaqlaşdırıblar. Hərbçilərin yaratdığı Qorunma və Bərpa Uğrunda Vətənpərvər Hərəkatı Rok Mark Kristian Kaborenin yerinə polkovnik-leytenant Pol-Anri Sandaoqo Damibanı prezident təyin etmişdi. Ötən ayın 30-da isə Burkina-Fasoda ənənəvi olaraq növbəti hərbi çevriliş oldu. Bu, ölkədə son bir ildə baş verən ikinci çevrilişdir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!