28 Iyun 2022 16:57
537
CƏMİYYƏT
A- A+

Gənclər və idman naziri milli yaylaq festivalına hazırlıq işləri ilə tanış olub

 

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan nazir mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

F.Qayıbov Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb. Həmçinin Gəncə şəhərində İdman Sarayının tikintisi ilə tanış olub.

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

Gənclər və idman naziri Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksin müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video