Gəncə Dövlət Universitetində "Açıq qapı" günü keçirilmişdir
Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün "Açıq qapı" günü keçirilmişdir.
Universitetdə təhsil alan tələbələrin valideynlərinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən "Açıq qapı" gününün iştirakçıları imtahan otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuş, övladlarının kompüterdə test suallarına cavab vermələrini müşahidə etmişlər.
Universitetin tədris işləri üzrə prorektoru Şahin Xurşudov "Açıq qapı" gününün iştirakçılarına ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, eləcə də imtahanların gedişi zamanı tələbələrin şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış "Apellyasiya komissiyası"nın və "İmtahan qərargahı"nın fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.
"Açıq qapı" günündə 20-yə yaxın valideyn iştirak etmişdir. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişindən razı qaldıqlarını söyləmiş, övladlarının biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıkeşliyə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıkeşlikdən danışmış və razılığını ifadə etmişdir.
Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində universitetin şəhid və qazi olmuş tələbələrin şəkillərindən ibarət guşəyə baxdıqdan sonra Ümummilli Lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!