25 Sentyabr 2022 00:33
533
İQTİSADİYYAT
A- A+

Gədəbəydə kartof bu il də bol olacaq

 

Bölgələrdə əhalinin həm ərzaqla, həm də işlə təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu gün dövlətin ən mühüm məqsədlərindən biri də məhz budur: kənd təsərrüfatını sürətlə inkişaf etdirərək əhalinin ərzaq məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəməklə yanaşı, məşğulluğunu təmin etmək.

Cəsarətlə demək olar ki, dövlətimizin bu sahədə həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verməkdədir. Son illər kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən gədəbəylilər də aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olurlar. Xüsusilə karof istehsalında qazanılan uğurlar ildən-ilə təzələnir.

Məlum olduğu kimi, kartof hər bir ailənin mətbəxində mühüm qidalardandır.  Odur ki, bu əvəzsiz nemətə ildən-ilə tələbat artır. Bütün bunları nəzərə alan rayon sakinləri cari ildə də kartofa olan daxili tələbatı ödəmək üçün əllərindən gələni əsirgəmirlər.

Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev söhbət zamanı dedi ki, keçən il 10044,1 hektar sahədə kartof əkən rayon sakinləri 126556 ton, yəni hər hektardan 126 sentner məhsul götürdülər. Bu il həmin rəqəmin xeyli çox olacağı gözlənilir. Hazırda kartof yığımı davam edir. İndiyədək 7589 hektar  sahənin məhsulu toplanıb. Hər hektarın məhsuldarlığı da ürəkaçandır. Belə ki, hər hektardan keçən ilə nisbətən 3 sentner çox məhsul götürülür.

Əsasən yerli "Telman", "Əmiri-600", "Ağçiçək", "Sevinc" sortlarına üstünlük verən rayon sakinləri bu il də əkdikləri həmin sort kartofdan nəzərdə tutulduğundan çox məhsul əldə ediblər. Yığılan məhsulun bir hissəsi elə yerindəcə satılsa da, bir hissəsi anbarlara yığılır.

Tərsyer kənd sakini Sakit Yəhyayev bu il də bol məhsul yetişdirmişdir. O, 18 hektarda əkdiyi kartofun yığımını uğurla davam etdirir. İlkin göstəricilər fermeri razı salır. Belə ki, hələlik hər hektardan 250 sentner məhsul götürür. İndiyədək ümumilikdə 450 ton kartof toplanmışdır.

Həmin kəndin sakini Cəfər Məsimalıyev isə 5 hektar sahədə əkdiyi kartofun artıq 125 tonunu toplayıb anbarlara yığmışdır.

Ümumiyyətlə, rayonda elə kənd yoxdur ki, orada kartof əkilməsin. Məsələn, Düz Rəsullu kənd sakinləri Vaqif Məmmədov 5 hektardan 75 ton, İmran Həsənov  3 hektardan 48 ton, Mutudərə kənd sakini Yadigar Cəfərov 6 hektar kartof sahəsindən 90 ton məhsul götürmüşdür.

Hazırda rayon ərazisində kartof yığımı sürətlə gedir. Yığıma ətraf kəndlərdən olan insanlar da cəlb edilmişdir. Onların hər birinə gündəlik əməkhaqqı verilir.

 

S.ƏLİYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video