04 Avqust 2022 18:48
725
DÜNYA
A- A+

“Gallup” Livan və Ermənistanı insanların ən qəzəbli olduğu ölkələr adlandırıb

 

Nüfuzlu “Gallup International” təşkilatının 100 ölkədə apardığı sorğuların yekununa dair dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı açıqlanıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, “Gallup’s Global Emotions Report” adlanan hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub. Bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər.

Ermənistan “Gallup”ın siyahısında ən qəzəbli cəmiyyətin olduğu ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə və siyasətçilərə qarşı qəzəblidir.

Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Sierra-Leone göstərilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video