Fransa polisi daha bir etirazçını əlil etdi
Ötən şənbə günü Fransada baş vermiş etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.
Parisdə Bastiliya meydanı yaxınlığında nümayişçilər asayiş keşikçilərinə daşlar, butulkalar və fişənglər atıblar. Öz növbəsində polislər də gözyaşardıcı qaz və təzyiqli su, habelə dəyənək zərbələri ilə cavab veriblər. Qarşıdurma zamanı onlarla nümayişçi saxlanılıb. Yerli medianın xəbərinə əsasən yanvarın 19-da Parisdə pensiya islahatına qarşı etiraz aksiyasının bir çox iştirakçısı polislər tərəfindən vəhşicəsinə döyülüb, təhqirlərə və işkəncələrə məruz qalıb. Polis məmuru tərəfindən dəyənəklə vurulduqdan sonra 26 yaşlı mühəndisin cinsiyyət orqanının bir hissəsi amputasiya edilib. Bu barədə onun vəkilinə istinadən "France Presse" Agentliyi xəbər yayıb.
Məlumata görə, zərərçəkən şəxs etiraz zamanı baş verənlərin şəklini çəkərkən polis onu dəyənəklə vurub. Sosial şəbəkələrdə asayiş keşikçilərinin kişiyə qarşı zor tətbiq etməsini əks etdirən foto və videolar yayılıb.
Vəkil Lüsi Saymonun dediyinə görə, "zərbə o qədər güclü olub ki, gənc oğlan əməliyyata məruz qalıb və yekunda əlilə çevrilib. Bu, sadizmə bənzər son dərəcə qəddar bir hərəkətdir".
Xatırladaq ki, əvvəlki nümayişlərin birində etirazçı Jerom Rodriges polisin "köməyilə" bir gözündən məhrum olmuşdu.
Hadisə ilə bağlı şikayət verilib. Ötən şənbə günü Fransa şəhərlərində pensiya islahatına qarşı yüzlərlə mitinq keçirilib. Şimaldakı Kaledən cənubdakı Nitsaya qədər nümayişçilər pensiya yaşını 62-dən 64-ə qaldıran islahata etiraz etmək üçün küçələrə çıxıblar. İslahat geniş sosial narazılıq, artan inflyasiya və yoxsulluq fonunda həyata keçirilir.
Bildirilir ki, cümə axşamı Fransada təqribən 1,2 milyon insan hökumətin planlaşdırdığı islahatlara qarşı etiraz aksiyaları keçirib. Hakimiyyət bu ilin sentyabrından başlayaraq hər il pensiya yaşını üç ay artırmaq niyyətindədir ki, 2030-cu ilə qədər 64 yaşa çatsın.
Yerli "Le Monde" qəzetinin yazdığına görə, Parisdə və ümumilikdə ölkənin 200 şəhərində pensiya yaşının artırılmasına qarşı kütləvi aksiyalar keçirilib. Mitinqi Fransanın səkkiz aparıcı həmkarlar ittifaqları - CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, Solidaires və FSU təşkil ediblər.
Rəsmi məlumatlara görə, cümə axşamı 200 şəhərdə etiraz yürüşləri və nümayişlərə 1,15 milyon insan qatılıb. Parisdə yürüşdə 400 mindən çox adam iştirak edib, ikinci ən böyük yürüş Tuluzada olub - 30 min nəfər.
Həmkarlar ittifaqları bu rəqəmin daha çox olduğunu bildiriblər.
BBC telekanalı xəbər verir ki, Nant, Lion, Bordo, Marsel və Tuluza şəhərlərində də etirazlar keçirilib, burada qatar maşinistləri, dövlət sektoru və neft emalı zavodu əməkdaşları işlərini tərk ediblər.
Tibb işçiləri, müəllimlər və energetika sahəsində çalışanlar da tətilə çıxıblar.
Energetikləri təmsil edən CGT Mines-Energie Həmkarlar İttifaqı cümə axşamı günü müddətsiz tətili dəstəklədiyini açıqlayıb.
Bunun ardınca daha uzun tətil olarsa, bu, elektrik enerjisi istehsalının azalmasına gətirib çıxaracaq. Yanvarın 19-da elektrik enerjisi istehsalı 12 faiz azalıb.
Neftçilərin həmkarlar ittifaqı La CGT fevralın 6-da 72 saatlıq tətil keçirmək niyyətində olduğunu bildirib.
Həmkarlar ittifaqının məlumatına görə, ibtidai sinif müəllimlərinin təxminən 70 faizi, orta və lisey müəllimlərinin 65 faizi cümə axşamı tətilə çıxıb.
12 ildə ilk dəfə birləşən həmkarlar ittifaqları pensiya sistemində islahatlar aparmaq əzmində olan prezident Makron hökumətinə güclü mesaj göndərib.
Etirazlar pensiya islahatının "ədalətli və məsuliyyətli" və dövlət maliyyəsini sağlam əsasda saxlamaq üçün zəruri olduğunu deyən Fransa lideri üçün böyük sınaqdır. İctimai rəy sorğularına görə, fransızların əksəriyyəti Makronun bu islahatlarına qarşıdır.
Uğurlarından ruhlanan ölkənin aparıcı həmkarlar ittifaqları yanvarın sonunda işçiləri ikinci tətil gününə çağırıblar. Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Filip Martines bildirib ki, nəzərdə tutulan pensiya islahatı hökumətdən "ümumi narazılığa" səbəb olub və müxtəlif peşə nümayəndələrinin hazırkı vahid cəbhəsi "problemin çox ciddi olduğunu" göstərir. Onun dediyinə görə, fevralda ölkədə pensiya yaşının artırılmasına qarşı etirazların yeni dalğası baş verə bilər. Bu barədə "Le Figaro" qəzeti də xəbər yayıb.
Bundan əvvəl Ifop şirkətinin sorğusunun nəticələri göstərib ki, Fransa prezidenti Emmanuel Makron və baş nazir Elizabet Bornun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.
Fransa vətəndaşlarının təxminən 65 faizi prezidentin yanvar ayındakı fəaliyyətindən narazıdır ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə üç faiz çoxdur. Fransalıların yalnız 34 faizi Makronun hərəkətlərindən razıdır ki, bu da bir ay əvvəlkindən iki pillə aşağıdır.
R.HİLALOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!