11 İyun 2024 09:05
443
SİYASƏT
A- A+
Fransa Makrona etimad göstərmədi

Fransa Makrona etimad göstərmədi

 

Müxalifət hakim partiyadan iki dəfə çox səs topladı

 

Fransızların Prezident Makrona inamı sürətlə azaldığından hakim partiyanın  seçkilərdə məğlubiyyəti qaçılmaz idi. Ekspertlər tərəfindən seçkilərdən öncə səsləndirilən fikirlər, verilən proqnozlar özünü doğrultdu. Qeyd edilirdi ki, Makronun partiyasına dəstək daha da azalacaq. İyunun 9-da Fransada Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçı Marin Le Penin "Milli Birlik Partiyası" böyük fərqlə (31,50  faiz) birinci, Makronun partiyası "İntibah" isə 14,7 faiz səslə ikinci olub.
Bu, Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsinə və sanki qlobal problemlərdə həlledici  statusa malik olmaq görüntüsü yaratmasına, Fransa xarici siyasətinin iflasına gətirib çıxartmış fəaliyyət yürütməsinə, daxili problemləri görməzdən gəlməsinə münasibətidir.
Makron partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verərək, nəticələrin Avropa birliyini müdafiə edən partiyalar üçün yaxşı olmadığını bildirib. İfrat millətçilərin ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra Makron parlamenti (Fransa Milli Assambleyası) buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib. Erkən seçkilərin iki turda - 30 iyun və 7 iyul tarixlərdə keçiriləcəyi qeyd edilib. 
Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Qeyd edib ki,  ölkəni dəyişməyə, fransızların maraqlarını müdafiə etməyə və kütləvi immiqrasiyaya son qoymağa hazırdırlar. 
Maraqlıdır, fransızları uğurlarına inandırmağa çalışarkən Makronun partiyasının niyə belə aşağı reytinqi var? Axı hökumətin məlumatlarına görə, Fransa iqtisadi cəhətdən Almaniya, İtaliya və Böyük Britaniyanı qabaqlayırdı... 
Fransızların xeyli hissəsi Makronu "varlıların prezidenti" kimi qəbul edir. Fransız korporasiyalarının gəlirlərinin nisbi artımı adi fransız sakinlər üçün təsirsizdir. Makron, onun partiyası və hökumətinin ardıcıl olaraq sosial ixtisar siyasəti yürütməsi fonunda isə xalqın qəzəbi daha da artır...
Makron və onun kabinetinin islahatları həm işsizlərə, həm də əhalinin azgəlirli təbəqələrinə ağır zərbə vurub. Fransız ifrat millətçilər uzun müddətdir ki, populyarlığını artırır, lakin belə uğur gözlənilmirdi. 2019-cu ildə keçirilən son Avropa Parlamenti seçkilərində Makron və Le Pen arasında fərq minimal olub. Ancaq bu dəfə "Milli Birlik" partiyası makronçuları iki dəfə çox səslə məğlub edə bildi. 
Perspektivdə təhlükəni hiss edən, təşvişə düşən Makron vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməyə çalışsa da, arzusu ürəyində qaldı. Xarici siyasətdəki uğursuzluqlar da Makronun passivinə yazılan fəaliyyətdir. "Fransafrika" layihəsinin yeni çöküşü, Fransanın Sakit okeandakı Yeni Kaledoniya müstəmləkəsində kanak xalqının üsyanı da deyilənlərin təsdiqidir.
Ümumiyyətlə, daxildəki siyasətə nəzər saldıqda Makronun apardığı islahatların Fransa iqtisadiyyatını canlandırmadığının şahidi oluruq. İslahatlar nəinki problemləri həll etmədi, əksinə, pensiya islahatı ictimaiyyət tərəfindən tənqidə məruz qaldı. Ölkədə əvvəlki illərdə olduğu qədər artım tempi yoxdur. Əksinə, Fransada inflyasiyanın, eyni zamanda işsizliyin də baş alıb getdiyinin şahidi oluruq. Bütün bunların fonunda, sözsüz ki, xalq tərəfindən artıq Makrona olan etimad azalmaqdadır. 
Fransada artan islamofobiya və ksenofobiya kimi meyillər bir daha onu göstərir ki, Makron Fransada yaşayan fərqli irqlərə qarşı adekvat siyasət həyata keçirməyib, əksinə, olanların narazılığını daha da artırıb.
Bu arada Fransa Respublikaçılar Partiyasının rəhbəri Erik Sciotti seçkilərdən sonra Emmanuel Makronun "İntibah" partiyası ilə hakim koalisiya yaratmaq imkanını istisna edib. Bildirib ki, Fransaya bu qədər ziyan vuran bir hökumətlə koalisiyaya girməkdən söhbət gedə bilməz. Makronizm həmişə daha çox - vergi, immiqrasiya və daha az - təhlükəsizlik deməkdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!