14 Iyun 2022 15:12
753
İDMAN
A- A+

Formula 1 Azərbaycan Qran-Prisi: Maraqlı statistika

Şarl Lekler Bakıda təsnifat mərhələsində qalib gələrək ardıcıl olaraq dördüncü, bu mövsümdə altıncı və karyerasında 15-ci poulu qazanıb. Lekler Azərbaycan paytaxtında küçə trasında iki poulun ilk sahibi olub. Poulların sayına görə reytinqdə Lekler Maks Ferstappeni qabaqlayıb: niderlandlının 14 poulu var.

AZƏRTAC xəbər verir ki, ikinci yerdə təsnif olunan Serxio Peres bu mövsümdə üçüncü dəfə komanda yoldaşını qabaqlayıb. Meksikalı bu il ikinci dəfə və karyerası ərzində üçüncü dəfə birinci sıradan start götürüb.

Təsnifatda üçüncü olmuş Maks Ferstappen keçən il Bakı mərhələsində də eyni mövqedən start götürmüşdü.

Dördüncü yeri Karlos Sayns tutur. Bu, Saynsın Bakıdakı çıxışlarının tarixində ən yaxşı nəticədir.

“Ferrari” və “Red Bull” komandalarının yürüşçüləri bu mövsümdə keçirilmiş səkkiz Qran-Pri mərhələsində altıncı dəfə start meydanında ilk iki yeri tutublar.

Corc Rassell təsnifatda beşinci yeri tutmaqla dalbadal üçüncü dəfə Lyuis Hemiltonu qabaqlayıb.

Təsnifatda altıncı olmuş Pyer Qasli bu il “AlphaTauri” komandası üçün ən yaxşı nəticəyə nail olub.

Yuki Sunoda 8-ci yerdədir. Bu, cari mövsümdə təsnifatlarda Sunodanın nail olduğu ən yaxşı nəticədir.

Təsnifatda 14-cü olmuş Quanyuy Çjou bu il ilk dəfə öz komanda yoldaşı Valtteri Bottası geridə qoyub.

Lens Stroll dalbadal üçüncü Qran-Pridə təsnifatın birinci hissəsində mübarizəni dayandırmalı olub.

 

YÜRÜŞ

 

Formula 1 Azərbaycan Qran-Prisində qalib gəlmiş Maks Ferstappen bu mövsümdə 5-ci, öz karyerası ərzində 25-ci dəfə birinci olmaqla həmin göstərici üzrə Cim Klark və Niki Lauda ilə bərabərləşib.

Bakıda keçirilmiş altı yürüşdə altı müxtəlif qalib olub. Yəni indiyə qədər heç bir pilot iki qalib gəlməyib.

Maks Ferstappen “Red Bull Racing” komandasının heyətində 66-cı dəfə podiuma yüksəlib. Bu göstərici üzrə o, Sebastian Fetteli geridə qoyub. Alman pilot “Red Bull” komandasının heyətində 65 dəfə podiuma qalxıb. Ferstappen Bakıda ilk dəfə podiuma qalxıb. Azərbaycan paytaxtındakı trasda niderlandlı pilotun ilk üçlükdə finişə çatması qeydə alınıb.

“Red Bull Racing” komandasının 81-ci qələbəsi onun həmin göstərici üzrə reytinqdə 5-ci yerdə “Lotus” ilə bərabərləşməsinə imkan yaradıb. Növbəti oriyentir 114 qələbə sahibi olan “Williams” komandasıdır.

Serxio Peres finişə ikinci çataraq öz karyerası ərzində 20-ci dəfə podiuma qalxıb. Peresin yürüşdə ən yaxşı dövrəsi komandanın tarixində 80-ci nəticədir.

“Red Bull Racing” komandası tarixdə 20-ci dəfə ikiqat qələbə qazanıb.

Corc Rassell finişə üçüncü çatıb. Beləliklə o, karyerası ərzində 4-cü dəfə və cari mövsümdə 3-cü dəfə podiuma qalxıb. Britaniyalı pilot mövsümün bütün yürüşlərində ilk beşliyə daxil olub. O, 2022-ci ildə bütün Qran-Pri mərhələlərində distansiyanı əvvəldən axıradək qət etmiş yeganə pilot olub.

Finişə 5-ci çatmış Pyer Qasli bu mövsümdə həm özü üçün, həm də “AlphaTauri” komandası üçün ən yaxşı nəticəyə nail olub.

Finişə 6-cı çatmış Sebastian Fettel bu mövsümdə həm özü, həm də “Aston Martin” komandası üçün ən yaxşı nəticə göstərib.

“Alpine” komandasının pilotları Fernando Alonso 7-ci, Esteban Okon isə 10-cu yeri tutmaqla komandanın tarixində ilk dəfə 200 xal həddini aşıblar.

Lando Norris finişə 9-cu çatıb. Bu, Norrisin xal qazandığı 50-ci Qran-Pridir.

2020-ci ildə Montsda yürüşdən sonra ilk dəfə olaraq “Ferrari” bolidlərinin hər ikisi distansiyadan çıxıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video