23 Noyabr 2024 13:52
108
İDMAN
A- A+
FIFA-nın sabiq prezidenti: Dünya futboluna maraq azalıb  

FIFA-nın sabiq prezidenti: Dünya futboluna maraq azalıb  

Böyük turnirlərdə komandaların çoxluğu səbəbindən dünya futbolu maraqsız olub.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter səsləndirib. Onun şərhini İsveçrənin “Watson” qəzeti yayıb.

“Avropada əvvəllər iki avrokubok var idi - biri yalnız çempionlar, digəri isə ölkə kubokunun qalibləri üçün idi. İndi 36 komandanın iştirak etdiyi Çempionlar Liqası, 36 komandanın qatıldığı Avropa Liqası, 36 komandanın iştirakı ilə keçirilən Konfrans Liqası, üstəlik Millətlər Liqası da var. 2026-cı ildə keçiriləcək dünya çempionatına 48 ölkə qatılacaq, əlavə olaraq 2025-ci ildə 32 komandanın iştirakı ilə klublararası dünya çempionatı da keçiriləcək. Bunları yalnız çoxlu pul gətirdiyinə görə alqışlayırlar”, - deyə o bildirib.

Blatterin fikrincə, turnirlərin və iştirakçıların hədsiz çoxluğu futbola marağın azalmasına gətirib çıxarır.

Xatırladaq ki, 2026-cı ildə dünya çempionatı ilk dəfə üç ölkədə təşkil olunacaq. İyunun 11-dən iyulun 19-dək keçiriləcək yarışlara Kanada, Meksika və ABŞ ev sahibliyi edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada yeni qaz böhranı proqnozlaşdırılıb  

16:51
23 Noyabr

Mikrobioloqlar unikal virus aşkar ediblər

16:47
23 Noyabr

Adamyuyan maşın istehsal edilib  

16:27
23 Noyabr

Nino Tandilaşvili: COP29-da kənd təsərrüfatı nazirlərinin iclası çox yüksək səviyyədə təşkil olunmuşdu  

16:11
23 Noyabr

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb  

15:49
23 Noyabr

“Bloomberg”: Avropanı yeni qaz böhranı gözləyir  

15:48
23 Noyabr

Azərbaycan və Özbəkistan birgə uşaq geyimləri brendi yarada bilər  

15:25
23 Noyabr

Müdafiə naziri: Ordunun gücü və hərbçilərin peşəkarlığı istənilən təxribatlara qarşı məsuliyyət hissini artırır  

15:18
23 Noyabr

Neandertalların tükənmə səbəbləri məlum olub  

15:14
23 Noyabr

COP29 məkanında daha bir aksiya keçirilib 

15:12
23 Noyabr

Sonia Basinia Kwami: İqlim dəyişikliyinin təsiri ağırdır  

15:09
23 Noyabr

Hindistanlı nazir havanın çirkli olmasına görə hökuməti fövqəladə vəziyyət elan etməyə çağırıb  

15:08
23 Noyabr

Dövlət Xidməti tərəfindən Dövlət Aqrar Universitetinin tələbələri üçün seminar keçirilib  

15:04
23 Noyabr

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb  

15:03
23 Noyabr

Lefkoşada “Qarabağ irsi” adlı sərgi açılıb  

15:02
23 Noyabr

COP29-da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib  

14:55
23 Noyabr

Laçın rayonunda zəlzələ olub

14:53
23 Noyabr

Danışır, yazır, göstərir BAKI

14:47
23 Noyabr

Maldivli nazir: İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün fəaliyyətlərimizi gücləndirməliyik  

13:54
23 Noyabr

FIFA-nın sabiq prezidenti: Dünya futboluna maraq azalıb  

13:52
23 Noyabr

Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək  

13:43
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!