13 May 2022 18:16
497
Mədəniyyət
A- A+

Festivalın ikinci günündə Cıdır düzündə qurulmuş səhnədə bir-birindən maraqlı ifalar təqdim olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının davam etdiyi bugünlərdə səhnəni bir-birindən istedadlı, peşəkar ifaçılar bölüşür. Bu konsert proqramlarını dinlədikcə bir daha Azərbaycan musiqi sənətinin böyüklüyünə, rəngarəngliyinə heyrətlənməyə bilmirsən. Festivalının növbəti günü təqdim olunan daha bir konsert proqramı da öz möhtəşəmliyi ilə iştirakçıların yaddaşında həkk olundu.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə Cıdır düzündə qurulmuş səhnədə Azərbaycanın “Cəngi” Estrada Folklor Ansamblı, həmçinin xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etno-caz qrupu yer alıb. Əvvəlcə “Cəngi” Estrada Folklor Ansamblı geniş və maraqlı konsert proqramı ilə çıxış edib.

Ansambl tamaşaçılar üçün Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, Xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo Di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oktay Kazımovun “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Konsert proqramı xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etno-caz qrupunun çıxışları ilə davam edib.

Qrupun ifa etdiyi “Bayatı kürd” kompozisiyası, “Blues-Muğam”, “Şur” kompozsiyası və “Yallı” Azərbaycan musiqisinin dərin təsir gücünə malik olduğunu bir daha təsdiq edib.

Qeyd edək ki, 2006-ci ildə Birinci Muğam Milli Televiziya Müsabiqəsinin qaliblərindən olan Qoçaq Əsgərov 2013-cü ildə BBC-nin təşkil etdiyi “Promenade” gecə konsertində Azərbaycan muğamını ilk dəfə olaraq “Royal Albert Hall”da səsləndirib.

Çoxsaylı festivallar, müsabiqələr laureatı və qalibi olan Arslan Növrəsli tar alətində ilk dəfə olaraq harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır. Tarda muğam, klassik musiqi, caz ifa edərək ölkəmizdə və onun hüdudlarından kənarda dövlət tedbirlərində çıxışlar edir, çoxsayli solo konsertlər verərək yüksək səviyyəli musiqi kollektivləri ilə birgə səhnə bölüşdürür.

Xatırladaq ki, mayın 4-dək davam edəcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video