Fernandu Santuş çox razıdır
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş mundialın qrup mərhələsinin 2-ci turunda Uruqvaya qalib gəldikləri matç (2:0) barədə danışıb.
Bu qələbə ilə 1/8 finala adlayan yığmanın çalışdırıcısı komandasının çıxışından razı qaldığını deyib: "Bu, əla oyun idi və qalan heç bir şeyin əhəmiyyəti yoxdur. Komandamız çətin rəqibə qarşı əla oyun nümayiş etdirdi. Boşluqlar tapıb matça nəzarət etməyi, hücum yaratmağı bacardıq. Biz əks-hücumda oynayaraq Uruqvayın istədiyini etməsinə mane olduq. İlk iyirmi dəqiqə çətin keçdi və bu, Uruqvayın xeyrinə idi. Amma sonra ikinci hissədə özümüzü toparlamağı bacardıq. Oyunumuzda nəyi inkişaf etdirmək lazımdır? Bunu oyunçularla müzakirə etməliyik. Topla kombinasiyaları təkmilləşdirməli və rəqiblərin cərimə meydançamıza yaxınlaşmasının qarşısını almalıyıq. Yaxşılaşdırmalı olduğumuz çox şey var. Amma komandada müsbət məqamlar da az deyil".
Santuş zədəli futbolçusu Nuno Mendeşin durumu barədə də danışıb: "Nuno Mendeş... O, sabah və ya bir gün sonra sınaqdan keçiriləcək. Bir növ əzələ ağrısı hiss etdi. Ümid edirik ki, bu, mürəkkəb bir şey deyil".
Mütəxəssis 2018-ci ildə mundialın 1/8 finalında Uruqvaya uduzduqları görüşü də xatırlayıb: "2018-ci ildə məğlubiyyətlə müqayisədə hazırkı oyunumuz fərqlidir. 4 il geridə qalıb. O zaman 1/8 finalda qarşılaşırdıq. Bu dəfə Uruqvay qalib gələ bilərdi, amma biz qalib olduq. Mərhələ adlamaq böyük məmnunluq hissi doğurur. İstədiyimiz bu idi. Komandam kompaktdır, oyunçularımızın çox yaxşı ruhu var. Biz lider olacağımıza hələ əmin deyilik, amma birinci olmaq istəyirik".
Qeyd edək ki, ilk turda Qanaya qalib gələn (3:2) Portuqaliya yığması Uruqvayı da üstələməklə 3-cü turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqəni təmin edib. Komanda son turda dekabrın 2-si Cənubi Koreya ilə qarşılaşacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!