20 Iyul 2022 01:08
2016
Oxucu məktubları
A- A+

"Faktlar aşkarlandıqda tədbirlər görülür"

 

"Azərbaycan" qəzetinin 7 iyun 2022-ci il tarixli nömrəsində dərc edilmiş "Küçə qəssabları yaşayış məntəqələrindən yığışdırılmalıdır" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli istiqamətində tədbirlərin görülməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (bundan sonra - agentlik) aidiyyəti üzrə baxılmışdır.

Məlumat üçün bildiririk ki, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinn təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" 2018-ci il 11 iyun tarixli sərəncam imzalamışdır.

Qeyd olunan sərəncamdan irəli gələrək agentlik qida təhlükəsizliyi tələblərinə sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mütəmadi olaraq monitorinqlər keçirir. Monitorinqlər zamanı baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə - küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərə ciddi xəbərdarlıq edilir və qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar yoxlama həyata keçirilir.

Eyni zamanda "Sahibkarlıq sahəsində aparılan  yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası ərazisində baytarlıq sahəsində yoxlamalar, sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır.

 

Qalib ƏBDÜLƏLİYEV,

AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video