06 Noyabr 2025 09:40
1943
Mədəniyyət
A- A+
Əsərləri ona əbədilik ömrü qazandırıb

Əsərləri ona əbədilik ömrü qazandırıb


1958-ildə "Sınaq" şeiri ilə ədəbiyyat aləmində ilk addımlarını atmağa başlayan Səyavuş Məmmədzadə qısa müddət ərzində oxucular tərəfindən tanınmış və sevilmişdir. Təkcə şeirləri deyil, bir-birindən maraqlı nəsr əsərləri və publisistikası az vaxt ərzində ona böyük şöhrət gətirmişdir. 

Az sonra Səyavuş Məmmədzadə tərcüməçi kimi də özünü sınamış və bu sahədə də böyük uğurlar qazanmışdır. Tərcümə etdiyi bir-birindən maraqlı əsərlərlə oxucuların görüşünə gələn S.Məmmədzadənin Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi - Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri olmuşdur. Görkəmli tərcüməçi Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə, rus, bolqar, Ukrayna, polyak və s. dillərdən isə ədəbi əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Siyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatı və tərcümə sənəti sahəsindəki xidmətlərinə görə Rusiyanın ölkəmizdəki səfirliyinin, "Azərbaycan-Ukrayna Dostluğu" Xeyriyyə Cəmiyyətinin və başqa təşkilatların mükafatlarına layiq görülmüşdür. 

Səyavuş Məmmədzadə təkcə ölkəmizdə deyil, keçmiş ittifaqda tanınmış tərcüməçilərdən sayılır. O, dəfələrlə Bolqarıstanda yaradıcılıq ezamiyyətlərində olmuşdur. Klassik macar şairi Endre Adinin anadan olmasının 100 illiyi yubileyində iştirak edən sovet nümayəndə heyətinin tərkibində Macarıstana getmişdir. Harada olmuşdusa, respublikamızı və xalqımızı layiqincə təmsil etmişdir.

Səyavuş Məmmədzadənin rus dilində nəşr olunmuş "Nebo", "Tverskoy bulvar", "Samoutverjdeniye", "Noçnıye yabloki", "Komedantskiy ças", "Vremya sobirat kamni", Azərbaycan dilində "Bir yuxusuz gecə", "Günəşə baxan insanlar", "Həqiqət sorağında. Mirzə Kazım bəyin ömür yarpaqları" və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış və maraqla oxunmuşdur.

85 il ömür sürmüş Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. İlk şeirləri 1956-cı ildə universitetin çoxtirajlı qəzetində dərc olunub. Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləyib. 

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsində təhsil alan Səyavuş Məmmədzadənin ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. O, müxtəlif illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi və başqa vəzifələrdə çalışmışdır. 

Ümummilli Lider Heydər Əliyev görkəmli tərcüməçi Siyavuş Məmmədzadəni şəxsən tanıyırdı. Ulu Öndərin sağlığında Siyavuş müəllim heç vaxt bu dahi insana şeir ithaf etməmişdir. Amma bu böyük şəxsiyyətin ölümündən təsirlənərək "Ürək çatışmazlığı" adlı şeir yazmışdır. Ümummilli Liderin itkisini, kədərini bu misralarda ifadə etmişdir: 


Təbiət varını əsirgəmədi,

Belə qüdrətlə siz yüz yaşayardız.

Bağlı qapıları bir-bir açardız,

Yaralar, acılar aman vermədi.

 

Onların hesabı gələrmi saya,

Qorbaçov Kremlinin soyuq havası,

Yurd "naqqallarının" dayaz harayı,

Doğma obaların aciz davası...


Möhtərəm təbiblər, can nasazlığı,

Sizin səriştəniz üçün nədir ki...

Əsrimizin ürək çatışmazlığı,

Mərhəmət qıtlığı üzdü nəhəngi...

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev zamanında S.Məmmədzadə haqqında bu fikirləri söyləmişdir: "Özünəməxsus qələmi, istedadı, dünyagörüşü olan Səyavuş Məmmədzadə digər ədəbiyyat adamlarından, qələm ustalarından yazdığı əsərlərin orijinallığı ilə seçilir. Bundan başqa, Səyavuş Məmmədzadə tanınan və tanınmayan yazarların, şairlərin əsərlərini də tərcümə edərək onların geniş oxucu kütləsinə təqdim olunmasında əhəmiyyətli işlər görür. Azərbaycan ədəbiyyatının təbliğatında onun xarici dillərə tərcümə olunması olduqca vacibdir. Səyavuş Məmmədzadənin Azərbaycan və rus dillərini mükəmməl bilməsi bu missiyanı layiqincə həyata keçirməsinə yardımçı olur". 

Yaxın dostu tanınmış yazıçı Məmməd Oruc isə belə demişdir: "Bir dəfə müsahibimin qəfil sualı ilə qarşılaşdım: "Siz həyatı boyu, bir dəfə də olsun, yalan danışmayan adam tanıyırsınızmı?" Bir anlığa duruxsam da, yadıma Səyavuş Məmmədzadə düşdü. Mənə elə gəlir ki, o, bütün uğurlarını, məhz, bir dəfə də olsun, yalan danışmamaqla qazanıb. Nədir onun uğurları? Bu gün o, ədəbiyyatımızdakı xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür, Əməkdar incəsənət xadimidir. Böyük Nizamidən üzü bəri, klassiklərimiz öz yerində, son 50 ildə az-çox tanınan elə bir Azərbaycan şairi, yazıçısı tapmaq olmaz ki, Səyavuş müəllim onun şeirlərini, ya da povest və hekayələrini rus dilinə çevirib çap etdirməsin. Şəxsən, özü isə, Füzulinin "Leyli və Məcnun" poemasının rus dilinə tərcüməsini əsas yaradıcılıq nailiyyəti sayır".

Artıq haqq dünyasına qovuşmuş Xalq şairi Fikrət Qoca görkəmli tərcüməçi ilə tələbə yoldaşı olmuşlar. Şair, dostunun 80 illiyinə həsr olunmuş tədbirdə çıxışında həmin illəri bu cür xatırlamışdır: "Gecələr şeirlərimi yazıb Səyavuşa oxuyardım. O da təmkinlə, diqqətlə qulaq asardı, fikirlərini bildirərdi. İndi də şeir yazanda Səyavuşu axtarıram. O, canını ədəbiyyata fəda etmiş, yaxşı mənada ürəyi qabar olmuş ədəbiyyat fəhləsidir. Səyavuş ədəbiyyatla dərdlərini bölüşür. Ona elə bu ədəbiyyat eşqi ilə də yazıb-yaratmaq arzu edirəm".

 Səyavuş Məmmədzadənin ədəbi fəaliyyəti dövlətimiz tərəfindən zaman-zaman layiqincə qiymətləndirilmişdir. 1984-cü ildə Əməkdar mədəniyyət işçisi, 2003-cü ildə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, Prezident təqaüdçüsü olmuşdur. "Xəzər balladası" baletinin liberettosuna görə isə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanmışdır.

Görkəmli tərcüməçi Səyavuş Məmmədzadə 3 sentyabr 2022-ci ildə dünyasını dəyişmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!