11 Yanvar 2022 21:57
398
DÜNYA
A- A+

Ermənistan parlamentində “xalq düşməni” axtarışı  

Uzun “axtarışlardan” sonra Ermənistanda parlament və hökumət üzvlərinin bir qismi Gorus-Qafan yolunu “azərbaycanlılara satan” şəxsi müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, “Hayastan” blokunun “Daşnaksütyun” partiyasından deputatı Geqam Manukyan bundan əvvəl Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanın imzaladığı yazılı memorandum əsasında “düşmən”ə verildiyini iddia edirdi.

Yanvarın 11-də parlamentə çıxarılan müharibə iştirakçılarına təzminatla bağlı qanun layihəsinin müzakirəsinə dəvət olunan müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin Manukyanın dediklərinin təkzibi və ya təsdiqi ilə bağlı sualına “Bunu heç kim inkar etmir” deyə cavab verib.

Nə müdafiə nazirinin müavini Sarkisyan, nə də bu informasiyanı yayan nəşrlərin heç biri qeyd etməyib ki, Harutyunyanın “düşmən”ə verdiyi həmin ərazi Azərbaycan Respublikasının hətta Köçəryan-Sarkisyan tandeminin də inkar etmədiyi tarixi və hüquqi parçasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video