09 Avqust 2022 00:50
455
SİYASƏT
A- A+

Ermənistan ordusunda xaos davam edir

 

Son 8 ay ərzində  məğlub ölkənin silahlı qüvvələrinin 28 hərbçisi ölüb

 

Ermənistanda bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada büruzə verən tənəzzül bu ölkənin ordusunda da acınacaqlı durumun formalaşması ilə müşayiət olunur. Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. Artıq erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.

O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar gizli saxlanılır. Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə  rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.

Bu günlərdə Ermənistanın "N" saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) naməlum şəraitdə ölüb. Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Basarkeçər (Geqarkunik) qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Təhlükəsizlik sisteminin ekspertləri işğalçı ölkənin silahlı qüvvələrində vəziyyətin,  həqiqətən də, acınacaqlı olduğunu etiraf edirlər. Onlar hesab edirlər ki, islahatlar aparılmayanadək onsuz da pis vəziyyətdə olan Ermənistan ordusu daha acınacaqlı duruma düşəcək.

Hazırda məğlub ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. Bu gün  Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktları onun vəziyyətinə birbaşa təsirini göstərir.  "4rd.am" saytı  Ermənistan baş prokurorluğunda etibarlı mənbədən aldığı məlumata əsasən, yazır ki, cari ilin 8 ayı ərzində  Ermənistan silahlı qüvvələrinin 28 hərbçisi ölüb. Ölkədə 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.  Belə faktların çoxluğu  fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir.

Bu arada Ermənistanda sürətlənən iqtisadi tənəzzül yeni işsizlər ordusunun yaranmasına, fəaliyyətini dayandıran müəssisələrin sayının sürətlə artmasına səbəb olur. Erməni mediası yazır ki, bu gedişlə ölkədə hansısa istehsaldan danışmaq mümkün olmayacaq. Elə müharibədəki məğlubiyyətdən sonra Paşinyan komandasının böyük əksəriyyətini yeni kadrlarla əvəzləsə də, bu, hansısa ciddi dəyişikliyə gətirib çıxarmayıb. Bir çox dövlət qurumlarında məmurların ixtisarı da vəziyyəti dəyişmir. Özü də bu ixtisarlar güc strukturlarını əhatə etmir. Erməni mediası yazır ki, əslində, Paşinyan  hərbi-polis rejimi yaratmaqda maraqlı olduğu üçün ixtisar prosesini bu  şəkildə aparır. Çünki məhz hərbi-polis rejimi şəraitində hakimiyyətini təhlükəsiz sayır.

Digər tərəfdən, bu ixtisarlarla Nikol Paşinyan rejimi büdcə xərclərinə qənaət etməyi düşünür. Amma buna rəğmən, Ermənistanın büdcəsini formalaşdırmaq hökumət üçün getdikcə daha böyük müşkülə çevrilir. Digər tərəfdən, formalaşan büdcənin əsas hissəsi korrupsiya sayəsində ölkə rəhbərliyinin cibinə axır.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video