Ərəb mediası: Fransanın Cənubi Qafqazda təxribatları uğursuzluğa məhkumdur
Ərəb ölkələrinin “Al Madeyin”, “Aqnadin”, “Əl Hərir” portallarında Fransanın Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması prosesinə törətdiyi əngəllər barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, iordaniyalı akademik Mərvan Musa Sudanın müəllifi olduğu “Fransanın balansı pozulmuş siyasəti” sərlövhəli məqalədə rəsmi Parisin Azərbaycanla Ermənistan arasında sülh prosesində birtərəfli mövqeyi barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr təxribatdan başqa bir şey deyil. Bu ermənipərəst siyasətin ən təhlükəli cəhəti ondan ibarətdir ki, Paris Bakı ilə İrəvan arasında vasitəçiliyə iddia etməklə, əslində, regional sülhü və ermənilərin özlərinin təhlükəsizliyini zərbə altında qoyur. Belə ki, hər kəsə bəllidir ki, Ermənistan hazırkı şəraitdə silahlı qüvvələri və iqtisadiyyatı dağılmış vəziyyətdədir. Ermənilərin yeganə xilas yolu qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və Fransa tərəfindən hər hansı təxribata qarşı gəlməkdir.
Məqalədə diqqətə çatdırılıb ki, Fransa hökumətinin təkcə Azərbaycana deyil, digər ölkələrə münasibətdə də xarici siyasətində ciddi ziddiyyətlər mövcuddur. Rəsmi Parisin diplomatik kursunda beynəlxalq normaların pozulması hallarına daha çox rast gəlinir. Bu, Fransanın keçmiş müstəmləkələrində daha aydın görünür. Elə bu səbəbdəndir ki, Afrikada fransızlara qarşı etiraz dalğası güclənir və Parisin mövqeyi daha da zəifləyir. Cənubi Qafqaza gəldikdə, Fransa bu regionda heç vaxt söz sahibi olmayıb. Nədənsə, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş Paris Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasına biganə yanaşıb, amma indi erməni mövqeyindən sülh prosesində iştirak etməyə cəhd edir. Prezident İlham Əliyevin də dediyi kimi, Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. İndi rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan da imtina edib.
Müəllif sonda yazıb: “Bu gün Azərbaycan işğaldan azad etdiyi Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri aparır və eyni zamanda, regional sülhün möhkəmlənməsi təşəbbüsləri ilə çıxış edir. Ermənistandakı revanşist qüvvələr isə Fransanın təxribatlarına uymaqla bu proseslərə əngəl törətmək istəyirlər. Lakin indi reallıqlar başqadır. Güclü Azərbaycan amili, regional aktorların mövqelərində dəyişiklik, nəhayət, 44 günlük müharibənin nəticələri fonunda təxribatlar uğursuzluğa məhkumdur”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib ...
08 Fevral
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır
08 Fevral
Azərbaycan Prezidenti: Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq
08 Fevral
Prezident: Yaralı qardaş-bacılarımızı müalicə üçün Azərbaycana gətirməyə hazırıq ...
08 Fevral
Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın növbəti iclası keçiriləcək...
08 Fevral
Milli Məclisin komitə iclasında 8 məsələyə baxılıb
08 Fevral
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır ...
08 Fevral
“Azəri-Çıraq-Günəşli” yatağı üzrə gəlirlər açıqlanıb
08 Fevral
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
08 Fevral
Prezident: Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olur
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!