27 Sentyabr 2024 08:20
263
SİYASƏT
A- A+
Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı


Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan torpaqları xalqımızın birliyi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsi zamanı azad edildi. Sentyabrın 27-də Vətən müharibəsinin başlanmasından 4 il ötür. 

Dövlətimiz 30 il ərzində daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdı. Təəssüf ki, bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı hesab olunan BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Bütün bunlar erməni tərəfini Azərbaycana qarşı yeni-yeni təxribatlar törətməyə "həvəsləndirirdi". Həmin təxribatlar nəticəsində hərbçilərimizlə yanaşı, mülki insanlar da zərər görürdü, bəziləri həyatlarını itirirdi. Bütün bunlar torpaqlarımızın hərbi yolla azad edilməsini qaçılmaz etdi. 

2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq öz gücünü göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat törətdi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi.

Dörd il əvvəl sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən  müharibəsində ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə sinə gərən Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. Ordumuz şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən igid əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Məhz bu amili nəzərə alaraq dövlətimizin başçısının müvafiq sərəncamı  ilə 27 Sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr Anım Günündə xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.

Bu qələbə milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü nəticəsində qazanıldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu zəfər sayəsində "Ermənistanın güclü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüşə bilmir" kimi miflərə birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan dövləti, Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər, əks halda bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, "dəmir yumruq" yerindədir.

Azərbaycanın tarixinə qələbə səhifəsi yazmış dövlətimizin başçısına xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Ötən il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 23 saatlıq antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Azərbaycanın suverenliyi artıq tam təmin olunub. Bu yolda canını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq.


Sevinc  FƏTƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!