24 Iyul 2024 08:45
212
İQTİSADİYYAT
A- A+

Enerji anbarının yaradılması prosesi 2024-cü ildə başlaya bilər

 

"Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə "yaşıl enerji" üçün 250 meqavatt gücündə anbar hazırlamağı planlaşdırır".

Bunu Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat zamanı deyib.

"2027-ci ilə qədər bərpaolunan enerji mənbələrindən (BEM) 2 qiqavatt "yaşıl enerji" istehsal etməyi planlaşdırırıq. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbarı 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradacağıq", - o deyib.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavatt "yaşıl enerji"ni saxlamaq üçün şərait yaratmağı planlaşdırır.

"Yerdə qalan 200 meqavattın yaradılmasının təfərrüatı sonra, lazım olduqca açıqlanacaq", - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video