18 Avqust 2022 10:46
512
İQTİSADİYYAT
A- A+

Energetika naziri “Fortescue” şirkətinin sədri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın “Fortescue Future Industries” şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən bildirilib ki, görüşdə “yaşıl enerji”, Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin “yaşıl hidrogen” istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.

Şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi, karbohidrogen ixracı infrastrukturu, mövcud “yaşıl enerji” potensialı, bu sahədə müəyyənləşdirilən strateji hədəflər, görülən işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilən nəticələr haqqında məlumat verilib. Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülən işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında danışılıb.

Qeyd edək ki, əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə “yaşıl hidrogen” istehsalı olan “Fortescue Future Industries” şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video