Ən nazik planşet
"Huawei" şirkəti "HarmonyOS 3.0" əməliyyat sistemi ilə yanaşı, "MatePad Pro 11" planşetini də təqdim edib. "MatePad Pro 11" OLED ekran, "Qualcomm" prosessoru və güclü audio sistemi ilə təchiz olunub. Şirkətin verdiyi məlumata görə, o, dünyanın 11 düym ölçülü ən nazik planşet modelidir. Çəkisi 449 qram və qalınlığı 5.9 millimetr olan yeni cihaz iki versiyada təqdim olunub. Onlardan biri "Snapdragon 870", digəri isə "Snapdragon 888" prosessoruna sahibdir. İki planşet modeli prosessor ilə yanaşı, daxili yaddaş həcmi, RAM yaddaşı və sürətli şarj texnologiyasının göstəricisi ilə də bir-birindən fərqlənir. Digər bütün özəlliklər isə hər iki planşetdə eynidir.
"MatePad Pro 11" planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli ekranla təchiz olunub. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. "Snapdragon 870" prosessoruna sahib olan model özündə 8 GB RAM, 128/256 GB yaddaş həcmini və 40 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirir. "Snapdragon 888" prosessoruna sahib model isə 12 GB RAM, 128/256/512 GB yaddaş həcmi və 66 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunub.
Hər iki planşet modeli 13+8 MP-li ikili arxa kamera, 16 MP-li ön kamera və 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Özündə 6 ədəd stereo səsgücləndiricini birləşdirən yeni cihaz "M Pencil" stilusunun dəstəyinə sahibdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!