28 Noyabr 2021 00:19
903
CƏMİYYƏT

Ən çox soğan istehsal edənlər

 

Bu gün soğan xaricə az miqdarda ixrac edilən məhsullardandır. Məhsulun təxminən 90 faizi elə mənşə ölkəsində istehlak olunur. Bəlkə də buna görə dünyanın əksər ölkələrində soğan biznesinə az diqqət yetirilir. Daha çox soğan istehsal edən ölkələrin reytinqinə Çin və Hindistan liderlik edir.

Onlar birlikdə dünyada illik soğan məhsulunun təxminən 45 faizini istehsal edirlər. Başqa sözlə, bu ölkələr ildə təxminən 70 milyon ton soğan istehsal edərək bazara çıxarırlar.

Hər hektardan əldə edilən məhsuldarlığa görə Amerika birinci yeri tutur. Türkiyə son 20 ildə bu məhsulun əkin sahəsinin 41 faizini itirməsinə, istehsalını 6 faiz azaltmasına baxmayaraq, hər hektardan məhsuldarlığı 61 faiz artırıb.

Ümumilikdə 2019-cu ildə 140-a yaxın ölkədə, 5,2 milyon hektar sahədə soğan əkilib. Soğan istehsalı hər il artırılır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2019-cu il məlumatlarına görə, Hollandiya, Hindistan, Çin və Misir quru soğan ixracının 53 faizini gercəkləşdirib. Dünya quru soğan idxalında ABŞ  543 min tonla birinci, Malayziya 505 min tonla ikinci, Birləşmiş Ərəb Əmirliyi 368 min tonla üçüncü yerdədir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video