13 Avqust 2022 01:59
384
İQTİSADİYYAT
A- A+

Əmək yarmarkasında qazilərə və şəhid ailələrinə üstünlük verilir

 

Sahibkarlığın inkişafına Ağstafa rayonunda da ciddi diqqət yetirilir. Cəlb edilmiş investorlar hesabına rayonda bir neçə özəl müəssisə fəaliyyətə başlamışdır ki, bunun da sayəsində həm rayon iqtisadiyyatı böyümüş, həm də əhalinin məşğulluğu qismən təmin olunmuşdur. 
Belə müəssisələrdən biri də  "KÜR FRUT" MMC-dir. 2017-ci ildən fəaliyyət göstərən müəssisə qısa vaxt ərzində öz fəaliyyətini xeyli genişləndirmişdir. Düzdür, MMC-nin istehsal etdiyi məhsullar hələlik ölkə daxilində realizə olunur. Ancaq kollektivin əsas məqsədi xarici ölkələrə də çıxmaqdır. Bunun üçün ekoloji cəhətdən təmiz və rəqabətədavamlı müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün hazırlıq işləri görülür. İlk növbədə meyvə bağlarının sahəsi genişləndirilir, əkin sahələrində yeni texnologiyalar tətbiq olunur.
Məlum məsələdir ki, istehsal sahələri genişləndikcə, əlavə işçi qüvvəsinə ehtiyac yaranır. MMC-nin bir neçə gün əvvəl əmək yarmarkası keçirməsinin də səbəbi bu olmuşdur. Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə keçirilən yarmarkada  "KÜR FRUT" MMC ilə yanaşı, rayonda fəaliyyət göstərən digər idarə və təşkilatlar da iştirak etmişlər. Yarmarka iştirakçıları təklif olunan inzibatçı, aqronom, ofis meneceri, sürücü, budama mütəxəssisi, bağban, anbardar və s. işlərə qəbul olunmuşlar. Bir neçə saat davam edən əmək yarmarkasında şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına üstünlük verilmişdir. 

"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video