07 Sentyabr 2022 15:27
533
Təhsil
A- A+

Elm və təhsil naziri: İndiki məktəbli formasının mahiyyəti standartı müəyyən etməkdir

 

Məktəbli formaları ilə bağlı müəyyən gərginlik var. Bəzən bu, məlumatsızlıq, bəzən də valideynlər tərəfindən düz ünvanlara müraciət edilməməsi səbəbindən baş verir. Ancaq əvvəlki məktəbli formalarından da istifadə edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

“Xüsusilə vurğulamaq istərdim ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız məktəbli geyimlərinin nümunəvi, tövsiyə olunan formada olmasına nəzarət edirik. Burada hər hanı bir məcburiyyət yoxdur. Bu, məktəbin və məktəb kollektivinin qərarı olmalıdır. Ümumilikdə isə məktəbli formalarının olmasını məqsədəuyğun hesab edirik. Sadəcə olaraq məktəb, valideyn buna özünü nə vaxt hazır hesab edirsə, bu formaya keçəndə təsdiq olunan formada olması daha düzgündür. İndiki məktəbli formasının mahiyyəti standartı müəyyən etməkdir. Əvvəl də qeyd edildiyi kimi heç kim məcbur edilə bilməz. Əgər məktəbli formaları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional idarələrə müraciətlər olunarsa, bu məsələyə baxılar və ölçü götürülə bilər”,- deyə Emin Əmrullayev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video