22 Sentyabr 2022 23:41
322
SİYASƏT
A- A+

“Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycan mədəni abidələrinin dağıdılmasına dair sərgi-aksiyanı birbaşa yayımlayıb

 

“Əl Cəzirə” telekanalı Parisdə UNESCO-nun mənzil qərargahında “Mədəniyyətlərarası Dialoqun Yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun qarşısında təşkil olunan Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən üçgünlük sərgi-aksiyanı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın jurnalistləri Sərhədsiz Ədalət və Hüquq Assosiasiyası tərəfindən təşkil olunmuş sərgi-aksiyanı ziyarət ediblər.

Onlar sentyabrın 22-də aksiya keçirilən məkana gələrək birbaşa yayımda aksiya, onun məqsədləri, nümayiş olunan şəkillər, Ermənistanda Azərbaycanın dağıdılmış tarixi və mədəni abidələri haqqında məlumat veriblər. Onlar Ermənistanda olan Azərbaycan mədəni abidələrinin, məscidlərin dağıdılmasından, vandalizmə məruz qoyulmasından, mədəni abidələrin özününküləşdirilməsindən, Təpəbaşı məhəlləsinin yerlə-yeksan olunmasından, bununla Ermənistanda Azərbaycan tarixi və mədəni abidələrinin izini silməyə cəhd göstərilməsindən söz açılıb.

İrəvan şəhərində bəşər mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən azərbaycanlıların tarixi Təpəbaşı məhəlləsinin UNESCO tərəfindən qorunması, eləcə də bu təşkilatın mədəni irs siyahısına salınması tələbindən danışılıb.

Xatırladaq ki, üç gündür Sərhədsiz Ədalət və Hüquq Assosiasiyası tərəfindən UNESCO-nun mənzil qərargahının qarşısında Ermənistanda Azərbaycanın dağıdılmış tarixi və mədəni abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət sərgi-aksiya keçirilir. Aksiyada nümayiş olunan şəkillər uzun illər Ermənistan ərazisində Azərbaycan tarixi və mədəni irsinə qarşı kultursid siyasətini əks etdirir. Ermənistanın Azərbaycan tarixi və mədəni irsinə qarşı məqsədyönlü vandalizm siyasəti aparmaqla tarixi və mədəni irsimizi tamamilə məhv etdiyi yerli sakinlərə göstərilir və bu haqda məlumat verilir.

Şəkillərdə dağıdılmış mədəni irs abidələrini görənlər Fransa mətbuatının bu hadisələr haqqında susmasına təəssüfləndiklərini bildiriblər.

Aksiyada İrəvan və Sərdarabad qalaları, Sərdar sarayı, Səlim karvansarası, Urud abidələr kompleksi, Təpəbaşı məhəlləsi, Aşıq Ələsgərin qəbirüstü abidəsi, Abbas Mirzə məscidi, Sərdar məscidi, Rəcəb Paşa məscidi, Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Təpəbaşı məscidi və mədəni irsimizə aid olan digər abidələrin fotomaterialları nümayiş etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video