28 Sentyabr 2022 12:54
529
DÜNYA
A- A+

Əfqanıstan hökuməti Rusiya ilə yanacaq və taxıl idxalına dair razılığa gəlib  

 

Əfqanıstan hökuməti ölkəyə benzin, dizel yanacağı, qaz və taxıl idxalında Rusiya ilə razılıq əldə edib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın ticarət naziri vəzifəsini icra edən Hacı Nurəddin Əzizi deyib.

Müqaviləyə əsasən, Rusiyadan Əfqanıstana il ərzində təxminən 1 milyon ton benzin və 1 milyon ton dizel yanacağı, həmçinin 500 min ton maye qaz, iki milyon ton taxıl idxal olunmalıdır.

İlkin razılaşma müəyyən sınaq müddəti üçün etibarlı olacaq, tərəflər məmnun qalacağı təqdirdə uzunmüddətli müqavilə imzalanacaq. Rusiyanın adı çəkilən məhsulları Əfqanıstana dünya bazarındakı qiymətlərdən ucuz satacağı bildirilir.

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə yiyələnən “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumət dünyanın heç bir dövləti, o cümlədən Rusiya tərəfindən rəsmi olaraq tanınmır. Eyni zamanda, sərt sanksiyalar Kabilin beynəlxalq bank sisteminə çıxışını tamamilə kəsib. Buna baxmayaraq, Rusiyanın Kabildəki səfirliyi Əfqanıstanda hələ də fəaliyyət göstərən bir neçə diplomatik nümayəndəlikdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video