07 Dekabr 2021 00:50
1120
Mədəniyyət
A- A+
Ədəbiyyata vəfa borcu...

Ədəbiyyata vəfa borcu...

 

“Hər şey ötüb keçəcək... Bizə belə deyiblər, belə öyrədiblər. Ancaq köçməyən, əbədi qalan da olacaq. Daşlar, qayalar qalacaq. Xəzər qalacaq, Abşeronun xəzrisi, gilavarı qalacaq. Bir də... bir də ümid qalacaq, həyatı çiyinlərində gəzdirən ümid. Mənim doğma şəhərimdə xəzri qopanda onun vıyıltısına, fəryadına qulaq asın. Bu fəryadda mənim səbr etməkdən bezmiş səsimi eşidəcəksiniz...”

Yazıçı, tərcüməçi Ələviyyə Babayeva “Bəlkə sabah olmadı” adlı romanında bəhs etdiyi qədim, küləklər şəhəri Bakıda  1921-ci ildə dünyaya göz açıb. O, həyatın sərt üzünü, qəmini, qüssəsini uşaq ikən görüb. Ələviyyə xanımın üç yaşı olanda atası gəmi ilə İrana yollanıb və elə o gedən olub. Güman ediblər ki, atası üstündəki çoxlu pulun güdazına gedib, onu dünya malına görə öldürüblər. Gələcəyin yazıçısı atalığı Hənifənin adı ilə ata adlı, soyadı ilə soyadlı olub. Onu böyüdən atalığından doğmalıq görüb Ələviyyə Babayeva.

Kiçik yaşlarından zəkalı, hafizəliydi. Xoşuna gələn şeirləri bircə dəfə oxuyanda, ya da eşidəndə yadında qalırdı. Zaman keçdikcə sevdiyi əsərlərin müəlliflərinin adlarını da öyrənib. Onlardan biri də şair Mikayıl Müşfiq idi.

On-on bir yaşı olardı. Bir gün ömrü boyu unutmayacağı bir hadisə baş verdi. O vaxt nəşriyyatda işləyən, ədəbiyyat adamları ilə yaxın olan böyük dayısı Kəblə Əlisgəndər evdə qurduğu məclisə gənc bir şairi dəvət edib. Balaca Ələviyyə çay gətirərkən onların söhbətlərini dinləməyə çalışıb. Bunu hiss edən qonaq Kəblə Əlisgəndərdən Ələviyyəni soruşub. Onu çağırıblar. Qonaq xəbər alıb: “Ədəbiyyatı sevirsən?”. Ələviyyə Babayeva: “Bəli”, - deyib. Qonaq ondan hansı yazarı sevdiyini soruşub. Cavab verib ki, Mikayıl Müşfiqi. Qonaq təəccüblənib və soruşub: “Hansı şeirini sevirsən?”. Ələviyyə xanım Mikayıl Müşfiqin “Tənha ağac” şeirini əzbər söyləyib. Qonaq xəbər alıb ki, bu şeiri neçə günə əzbərləmisən? O da deyib: “Şeir xoşuma gəldi, bir dəfə oxuyan kimi əzbərlədim”. Ələviyyə Babayeva bilmirmiş ki, bayaqdan suallarına cavab verdiyi elə şeirlərini sevə-sevə oxuyub yaddaşına köçürdüyü Mikayıl Müşfiqdir.

Müşfiq Kəblə Əlisgəndərə söyləyib ki, bu qız şair olacaq. Sonralar Ələviyyə Babayeva deyərmiş ki, Müşfiq bir balaca səhv edib, mən şair yox, yazıçı oldum...

Ədəbiyyatı çox sevsə də, orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) verib. İnstituta qəbul olunub. Amma başa düşüb ki, tibb sahəsinə heç vaxt bağlana bilməyəcək. Üçüncü kursda oxuyanda Tibb İnstitutundan çıxıb. Bu dəfə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə verib. Böyük Vətən müharibəsinin ağır illəri idi. Müəllim tapılmadığından, üçüncü kursda oxuyan Ələviyyə Babayeva ən yaxşı tələbə kimi dünya ədəbiyyatı fənnindən mühazirə oxuyub.

Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunan “İki həyat” adlı hekayəsi ilə başlayıb.

“Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra isə baş redaktor (1976-1985) olub.

1951-ci ildə Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvlüyünə qəbul edilib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü olub, tərcümə seksiyasına rəhbərlik edib. 1979-cu ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Yazıçının “Tut ağacı”, “Adamlar və talelər”, “Haradasan dost, harada”,  “Səni axtarıram”, “Əlvida”,  “Mən tək deyiləm”, “Bəlkə sabah olmadı”, “Sönmüş ulduzların işığı”, “Son döngə”, “Dəli Sona”, “Küləyin tərkində”, “Yanar su”, “Rəngbərəng yuxular” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

O, hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr də edib. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K. Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962), Y.Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y.Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və başqa kitablar onun tərcüməsində kütləvi tirajla çap olunub.

Ələviyyə Babayeva yalnız özünəməxsus yazıçı üslubu, dəst-xəti ilə fərqlənməyib, həm də xarakteri, müstəqil düşüncə tərzi ilə bənzərsiz olub. O, öz düzlüyünü, ədalətsevərliyini, məğrurluğunu bir sıra əsərlərinin qəhrəmanlarının simasında da təsvir edib. Yazıçı məsuliyyəti, ədəbiyyata sevgi həyatının qayəsinə çevrilib. Bütün ömrünü sözə həsr edib. Bər-bəzəyi xoşlamayan, var-dövlətə uymayan yazıçının ən dəyərli sərvəti onu oxuculara tanıdan, doğmalaşdıran, sevdirən əsərləri olub.

Ələviyyə Babayeva da yorulmaq bilmədən, böyük həvəslə, sözə ehtiram və məsuliyyətlə müxtəlif janrlı əsərlər qələmə alıb. Onun iki hissəli “Səni axtarıram” romanı jurnalistlərin çətin həyatından bəhs edir. Yazıçı “Bəlkə sabah olmadı” romanını sevimli qardaşına - Xalq rəssamı Rasim Babayevə ithaf edib.

O, doxsan üç il ömür sürüb. Bu dünyanın vəfalısını da çox görüb, vəfasızını da. Həyatının son on ilində, ayaqları tutulanda ətrafında çox az qohumu, dostu, bir də kitabları qalıb. “Adamlar və talelər”, “Haradasan dost, harada”, “Küləyin tərkində”, “Bəlkə sabah olmadı” və başqa əsərləri ayrı-ayrı dillərə tərcümə olunaraq müəllifin əvəzinə dünyanı dolaşıb...

Ələviyyə Babayeva 2014-cü il sentyabrın 23-də ömrünü həmişəlik əsərlərinin ömrünə bağışlayaraq bu dünyadan köçüb...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

14:51
09 İyun

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

14:48
09 İyun

Təklif olunan dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunmasına xidmət edir  

14:48
09 İyun

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib  

13:53
09 İyun

Dərmanların təhlükəsizliyi necə qorunur?

13:38
09 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:34
09 İyun

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

13:01
09 İyun

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

12:54
09 İyun

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

12:50
09 İyun

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

12:39
09 İyun

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır  

12:21
09 İyun

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

12:14
09 İyun

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır  

12:07
09 İyun

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

11:58
09 İyun

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

11:49
09 İyun

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

11:40
09 İyun

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb 

11:39
09 İyun

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

11:21
09 İyun

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

11:07
09 İyun

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

10:51
09 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

10:41
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!