“Dünyanın ən modern ölkələrində olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm” – “GünazTV”nin rəhbəri
Yolboyu gəldikcə işğaldan azad olunmuş torpaqları görüb istər-istəməz narahat olursan. Bir tərəfdə abad Bakı, digər tərəfdə viran qoyulmuş yurd yerləri. Amma Ağalıya çatanda hiss edirsən ki, burada həyat yenidən başlayır. Ən yaxşısı da budur ki, elə buradan başlayır. Yəni sərhəddən...
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Zəngilanın Ağalı kəndinə səfər edən Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.
“Ağalının videosunu, şəkillərini görmüşdüm, yazılardan oxumuşdum. Amma belə gözləmirdim, çox gözəldir. Mən dünyanın ən modern ölkələrində də olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm. İnfrastrukturun sistemli qurulması, inzibati binaların bir mərkəzdə olması – möhtəşəm layihədir. Prezident İlham Əliyev Azərbaycanı abad etmək üçün əlindən gələni edir və biz bunu Ağalının timsalında görürük. Dünyanın harasında belə kənd var? Mən 38 ildir Amerikada yaşayıram, orada belə kənd yoxdur. Azad olunmuş torpaqlarımızın hamısının belə olacağına inanıram”, - deyə o qeyd edib.
Erməni işğalından azad olunan Laçının əhəmiyyətinə də toxunan Əhməd Obalı bildirib ki, Azərbaycan Prezidenti Ağalını belə tikibsə, Şuşada gözəl layihələr davam edirsə, Laçın, Kəlbəcər də gözəl olacaq: “Laçına xüsusi diqqət yetirilməsi vacibdir. Çünki onu xaraba qoyanlar sərhədin o tərəfindən baxıb ömür boyu peşman olacaqlar, deyəcəklər ki, “həyat bax, bu cür olmalıdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır
08 Fevral
Azərbaycan Prezidenti: Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq
08 Fevral
Prezident: Yaralı qardaş-bacılarımızı müalicə üçün Azərbaycana gətirməyə hazırıq ...
08 Fevral
Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın növbəti iclası keçiriləcək...
08 Fevral
Milli Məclisin komitə iclasında 8 məsələyə baxılıb
08 Fevral
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır ...
08 Fevral
“Azəri-Çıraq-Günəşli” yatağı üzrə gəlirlər açıqlanıb
08 Fevral
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
08 Fevral
Prezident: Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olur
08 Fevral
Prezident İlham Əliyev: Qardaş Türkiyədəki dəhşətli zəlzələ bizi çox sarsıtdı
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!