Dünya üçüncüsü mundialla vidalaşdı
Mərakeş isə 1/8 finala qrup lideri kimi yüksəldi
Dünən F qrupunda 3-cü tura yekun vurulub. Qrupun əsas matçında "köhnə qitə" təmsilçiləri - Belçika və Xorvatiya yığmaları qarşılaşıblar. Görüşdə 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qolsuz heç-heçə ilə başa çatan oyunda növbəti mərhələyə yüksələn Xorvatiya millisi olub.
Xorvatiya 1994-cü ilə qədər Yuqoslaviyanın tərkibində beynəlxalq oyunlara çıxıb. Yerli federasiya buna qədər FİFA-nın rəsmi üzvü olmayıb. Xorvatlar 1994-cü ildən quruma üzv olan ölkələr arasına daxil olublar. Ləqəbi "damalılar", "blazerlər" olan milli "DÇ-2022"yə qədər 5 mundialda iştirak edib. Yığmanın ən böyük uğuru son mundialda gümüş medal qazanmasıdır. Rusiyada keçirilən Dünya çempionatında finala qədər yüksələn xorvatlar həlledici oyunda Fransaya uduzublar. Xorvatiya mundialların final mərhələsinə qədər yüksələn ən gənc yığmadır.
"Damalılar" 1998-ci ildə keçirilən Dünya çempionatında da bürünc medal qazanıblar. Xorvatiya futbol tarixinin ən tanınmış oyunçularından olan Davor Şukerin bombardir olduğu mundialda komanda yarımfinalda Fransaya uduzub, 3-cü yer uğrunda matçda isə Niderlandı məğlub etmişdi. Şuker bu mundialda 6 qolla bombardir olub.
Xorvatiya dünya çempionatında ilk matçına 1998-ci ildəki mundialda çıxıb. Komanda Yamaykanı 3:1 hesabıyla məğlub edib. Mundiallardakı ən böyük hesablı qələbə Kameruna qarşı olub. "Damalılar" 2014-cü ildə Afrika təmsilçisini 4:0 hesabıyla məğlub ediblər.
Xorvatiya yığmasının heyətinin dəyəri 369 milyon avrodur. Millinin ən dəyərli oyunçusu Yosko Qvardioldur. Almaniya "Leypsiq"ində çıxış edən müdafiəçinin qiyməti 60 milyon avrodur. Komandada "Çelsi"dən Mateo Kovaçiç, "Real"dan Luka Modriç, "İnter"dən Marselo Brozoviç kimi ulduz futbolçular çıxış edirlər.
Belçika millisi isə mundiallarda ən böyük uğuruna 2018-ci ildə imza atıb. Rusiyanın evsahibliyi etdiyi yarışı belçikalılar 3-cü sırada tamamlayıblar. Yarımfinalda həmin mundialın çempionu Fransaya uduzan (0:1) Belçika yığması 3-cülük uğrunda matçda İngiltərədən üstün olub - 2:0.
Ləqəbi "qırmızı şeytanlar" olan komanda tarixində 1 dəfə beynəlxalq arenada titul qazanıb. Belçika yığması yeganə kubokunu 1920-ci ildə qazanıb. Komanda həmin zaman Olimpiya çempionu olub.
Qırmızı şeytanlar"ın heyətinin dəyəri 554 milyon avrodur. Ən bahalı oyunçu Kevin de Bruynedir. "Mançester Siti"də çıxış edən yarımmüdafiəçinin qiyməti 85 milyon avrodur. Millinin çalışdırıcısı Roberto Martines 2016-cı ildən bu postu tutur.
***
Qrupun digər matçında isə mundialla ötən turdan vidalaşan Kanada Mərakeşlə üz-üzə gəlib. Matç Mərakeşin 1:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Mərakeş növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
Mərakeş 6 dəfə dünya çempionatlarında iştirak edib. Millinin mundiallarda ən böyük uğuru 1986-cı ilə təsadüf edir. İngiltərə, Polşa və Portuqaliya ilə bir qrupda mübarizə aparan "Atlas aslanları" növbəti raunda qrup birincisi kimi çıxıb. Yığma 1/8 finalda Qərbi Almaniyaya uduzaraq (0:1) mundialla vidalaşıb.
Afrika təmsilçisinin heyətinin dəyəri 227,40 milyon avrodur. Komandanın 25 üzvü legioner həyatı yaşayır. Ən dəyərli oyunçu Əşrəf Hakimidir. PSJ-də forma geyinən müdafiəçinin qiyməti 65 milyon avrodur. Millidə "Bavariya"dan Nussar Mazraui, "Çelsi"dən Hakim Ziyeş kimi ulduz futbolçular çıxış edirlər.
Millini Valid Reqraqui çalışdırır. O, bu ilin avqustunda komandaya baş məşqçi təyin olunub.
Kanada isə ilk dəfə 1986-cı ildəki mundiala qatılıb. Komanda 1985-ci ildə KONKAKAF çempionatını qalib bitirib və dünya Çempionatına vəsiqə qazanıb. Bu, yığma tarixinin ən böyük uğurlarındandır. Digər nailiyyəti isə 2001-ci ildə KONKAKAF Qızıl Kubokunu qazanmaq olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!