“Dubay Ekspo 2020” sərgisini ziyarət edənlərin sayı 11 milyona çatıb
“Dubay Ekspo 2020” sərgisini ziyarət edənlərin sayı 11 milyona çatıb, həmçinin 72,5 milyon nəfər sərgi çərçivəsində təşkil edilən tədbirləri virtual izləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən sərginin təşkilatçıları hər gün orta hesabla 200 tədbirin keçirildiyini qeyd ediblər. Bu tədbirlərin sırasında iştirakçı ölkələrin milli günləri, müxtəlif sahələr üzrə təqdimatlar, forumlar, konsert və tamaşalar var. Bundan başqa, sərgi çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Hədəflərinə (SDGs) daxil olan yoxsulluğun azaldılması, sağlamlıq və təhsil, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.
Qlobal Hədəflər Həftəliyi sessiyalarına isə bütün planetdən 767 min nəfər qoşulub. Sərginin təşkilatçıları, həmçinin ailələr və azyaşlılar üçün Dubay Bağça Festivalı da təşkil ediblər.
Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan Pavilyonu ən çox ziyarətçi qəbul edən milli pavilyonlardan biridir. Burada keçirilən təqdimatlar, konsertlər, həmçinin milli kulinariya nümunələri dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərin böyük marağına səbəb olub.
“Dubay Ekspo 2020” sərgisi martın 31-dək davam edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!