07 İyun 2023 13:30
1118
Mədəniyyət
A- A+
Dramatik obrazların mükəmməl yaradıcısı Məlik Dadaşov 

Dramatik obrazların mükəmməl yaradıcısı Məlik Dadaşov 

 

Görkəmli kino və teatr aktyoru, Azərbaycan respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı Məlik Dadaşov 1924-cü ildə iynun 7-də Bakıda dünyaya göz açıb. Atası Yusif kişi XX əsrin əvvəllərində Pirallahı adasında  neft sənayesində Nobel qardaşları ilə birgə  çalışırmışdır. O, ailədə üç qardaşın  kiçiyi idi. 
Orta məktəbi bitirdikdən sonra Məlik Dadaşov  Tibb İnsitutuna qəbul olunsa da tibbi təhsilini  sonadək davam etdirməmişdir . 1941-ci ildə  müharibiyə gedən  Məlik Dadaşov 1943-cü ildə aldığı ağır kontuziyaya görə geri qayıdır. Aktyor uzun müddət müalicə olunduqdan sonra bir müddət hərbi hissələrdə musiqiçi kimi çalışmalı olur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra arzuları onu  Gənc Tamaşaçılar Teatrına aparır. Az sonra sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir. Adil İsgəndərovun sinfinə daxil olur.
 Səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. 23 yaşlı gənc aktyor Zaqatala teatrında rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Bu tərəf-müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir tanınmış aktyoru Rafael Dadaşov dünyaya gəlir.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra Akademik Dram Teatrında işə başlayan aktyor  H. Muxtarovun "Ailə namusu" pyesində rol alır. Məlik Dadaşavun teatra gəlişi Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edirdi.  Azərbaycan səhnəsində Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov və onlarla böyük sənət korifeyləri çalışırdı. Çalışdığı sənət ocağındakı yaradıcı mühit  onun bioqrafiyasına güclü təsir göstərir və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasında yer almasına səbəb olur.
Həyatını teatra bağlayan aktyor ömrünün sonuna kimi yaddaqalan müxtəlif  obrazlar qalareyası yaratmışdır. Onun səhnə həyatı verdiyi  V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" tamaşalarında  yaratdığı obrazlar bu gün də sənətsevərlərin yaddaşlarından silinməyib.
Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında direktor kimi  çalışan aktyor bu  teatrın repertuarını  xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələrin cəlb olunması üçün əvəzsiz xidmətlər göstərmişdir. 
100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradan, daha çox mənfi obrazların mahir yaradıcısı kimi tanınan səhnə ustası 72 yaşında tələbələrlə məşq zamanı səhnədə yıxılıraq beyninə qan sızması nəticəsində huşunu itirir. Görkəmli səhnə ustası, Xalq artisti 1996-cı ildə dekabrın 2 də vəfat edir.

Elşən QƏNİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!