24 Noyabr 2022 16:34
131
CƏMİYYƏT
A- A+

Dövlət Xidmətinin əməkdaşları ANAMA-nın təlimində iştirak edib  

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Bazasında mina və partlamamış hərbi sursatların təhlükəsindən qorunma ilə bağlı təlim kursunda iştirak ediblər.

Təlim kursuna Dövlət Xidmətinin Gəncə, Qəbələ, Salyan, Şabran regional idarələrinin və "Mədəni İrsin Qorunması, Tədqiqtı və Monitorinqi Mərkəzi" MMC-nin əməkdaşları da qatılıb.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin təşkil olunması işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması və mühafizə tədbirləri zamanı mina və partlamamış hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirmə və təlimatlandırma məqsədi daşıyır.

Tədbirdə ANAMA-nın məsul əməkdaşları tərəfindən iştirakçılara mina və partlayıcı sursatlar, partlamamış sursatlar, minalanmış ərazi və təhlükəsizlik nişanları barəsində geniş məlumat verilib, hər bir mövzuya uyğun olaraq təqdimatlar nümayiş olunub.

Təlimdə minanın piyada əleyhinə və tank əleyhinə kimi növləri, formaları, partlayıcı sursatların ümumi əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin relyefinin xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçası təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video