28 Yanvar 2022 14:21
370
CƏMİYYƏT
A- A+

Dövlət Miqrasiya Xidmətində “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən xidmətin əməkdaşı Kənan Məmmədov bu gün muxtar respublikanın sürətlə inkişaf etdiyini, bütün sahələrdə möhtəşəm uğurların qazanıldığını, blokada şəraitində olmasına baxmayaraq, müasir inkişaf modelinə nail olduğunu vurğulayıb. Bildirib ki, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılması, investisiya fəallığının güclənməsi, turizmin kompleks və davamlı inkişafı, o cümlədən təhlükəsizliyin mütləq şəkildə qorunması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikamıza müxtəlif məqsədlərlə səfər etmək niyyətini hər ötən il daha da artırmaqdadır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi zaman muxtar respublika ərazisində əsasən, mehmanxanalara, tələbə yataqxanalarına və digər yaşayış obyektlərinə üz tuturlar.

Sonra xidmətin əməkdaşı Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı elektron müraciət qaydaları barədə slayd vasitəsilə ətraflı məlumat verib. Qeyd edilib ki, müasir dövrün çağırış və tələbləri nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması daim diqqətdə saxlanılır. Şübhəsiz ki, bu, həm də əcnəbilərə ölkəmizdən və dünyanın müxtəlif yerlərindən rahatlıqla xidmətə müraciət edə bilmə imkanı yaradır.

Qarşılıqlı diskussiya şəraitində davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda miqrasiya qanunvericiliyi, həmçinin hüquq və vəzifələrlə bağlı məlumatların yer aldığı bukletlər iştirakçılara təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video