03 Iyun 2022 01:41
811
Təhsil
A- A+

Dövlət İdarəçilik Akademiyasının dərsliyi "Amazon"da yayımlanır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnklüziv inkişafın idarə edilməsinin əsasları" adlı ali məktəblər üçün dərsliyi beynəlxalq elektron ticarət platforması olan "Amazon" saytında yayımlanır.

Müəllifi akademik U.Ələkbərov olan dərslik eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında yer alan davamlı inklüziv cəmiyyətin qurulması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasına və daim təkmilləşdirilməsinə həsr olunub.

Azərbaycan, rus və ingilis dillərində çap edilən əsər dünyada inklüziv inkişafın idarə edilməsi sahəsində ilk dərslikdir. Dərsliyin yaranmasının əsasında Azərbaycan Respublikasında inklüziv cəmiyyətin inkişafı sahəsində qazanılan nailiyyətlər və ölkənin mövcud iqtisadi potensialından ən yüksək istifadə səmərəliliyini təmin edən uğurlu örnək dayanır. Dövlətin inkişafı üçün Prezident  İlham Əliyev tərəfindən işlənmiş və tətbiq olunan yeni idarəetmə texnologiyaları, bu texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayan Birinci vitse-prezident institutunun formalaşdırılması və şəxsən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan dövlət idarəçilik sistemində islahatların təhlil edildiyi dərslikdə Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıldığı elmi cəhətdən əsaslandırılıb.

Elektron platformada çoxsaylı müsbət rəylərlə müşayiət olunan "İnklüziv inkişafın idarə edilməsinin əsasları" dərsliyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in hədəflərinə nail olunması üçün zəruri kadr hazırlığı və bu sahədə əhalinin məlumatlandırılması məqsədiilə ərsəyə gətirilib.  Dərslik dövlətin inkişaf proseslərinin idarə edilməsi sahəsində qərar qəbul edənlər, humanitar, texniki və ictimai ixtisaslar üzrə təhsil alanlar, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video