25 Sentyabr 2022 23:31
587
DÜNYA
A- A+

Dövlət Bağçalı: Soyqırımı görmək istəyən varsa, Ərzuruma gəlib işgəncə və cinayətlərin izlərini görsün

 

Erməni silahlı dəstələri 1914-cü ilin mayından 1922-ci ilin mayınadək 518 min 305 müsəlman-türkü qətlə yetiriblər... Soyqırımı görmək istəyən varsa, qətliamın necə olduğunu bilmək istəyən varsa gəlib Ərzuruma baxsın. Gəlib hələ də izləri qalan acılı, tükləri ürpədən, əzab-əziyyəti, işgəncə və cinayətləri görsünlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Ərzurum şəhərində “2023-ə doğru: namizəd bəlli, qərar qəti!” şüarı ilə keçirilən regional mitinqdəki çıxışında ifadə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə görə kəskin ittiham edən MHP sədri ABŞ təmsilçisinin İrəvandakı saxta “soyqırımı” abidəsi önündə “timsah göz yaşları” axıtdığını xatırladaraq deyib ki, sülh və sabitliyə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır.

Tarixi həqiqətləri və günümüzün reallıqlarını göz ardına vuraraq saxta “soyqırımı”dan danışılmasının yolverilməz olduğunu vurğulayan Milliyyətçi Hərəkat Partiyasının sədri bunu beynəlxalq hüquqa qarşı təhdid kimi dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video