04 Avqust 2022 19:04
693
DÜNYA
A- A+

Dmitri Peskov İstanbul sazişlərinin bağlanmasına Türkiyə Prezidentinin şəxsi töhfəsini qeyd edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna taxılının daşınması və Rusiyadan ərzaq tədarükü haqqında İstanbul sazişlərinin bağlanmasına Türkiyə Prezidentinin şəxsi töhfəsini qeyd edib.

AZƏRTAC xəbər verir ki, D.Peskov bu barədə jurnalistlərlə görüşündə açıqlama verib. O deyib: “Bu, ən mürəkkəb məsələləri də bütün tərəflərin mənafelərini nəzərə almaqla həll etmək mümkün olduğunu göstərən yaxşı nümunədir. Bu halda cənab Quterreş haqqında çox müsbət fikir söyləmək və əlbəttə, şəxsən Türkiyə Prezidenti Ərdoğanın verdiyi böyük töhfəni qeyd etmək olar. Bəli, bu, necə razılığa gəlmək mümkün olduğunu göstərən nümunədir”.

D.Peskov daha sonra əlavə edib ki, razılaşdırılmış mexanizm birdəfəlik deyil, o, limanlarda yığılıb qalmış taxılın daşınmasını təmin etməlidir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri tərəfindən imzalanmış sənədlər paketi Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələr ixracına məhdudiyyətləri götürməyə, habelə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dənizdəki üç limandan humanitar dəhliz vasitəsilə təhlükəsiz daşınmasını təmin etməyə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video