14 May 2022 00:50
806
SİYASƏT
A- A+

Diasporun təzyiqləri Ermənistanı iflic vəziyyətinə salıb

 

Ölkə əhalisi isə mitinqləri keçmiş hərbi xuntanın növbəti avantürası hesab edir

 

Ermənistandakı keçmiş hərbi xuntanın revanş istəyi getdikcə iflasa uğramaqdadır. Əhali demək olar müxalifətin keçirdiyi mitinqlərə əvvəlki kimi diqqət və dəstək göstərmir.

Xalq mitinqləri keçmiş hərbi xuntanın növbəti avantürası hesab edir. İqtidarın aksiyalar qarşısında susqun qalması isə işin digər maraqlı tərəfidir. Erməni mediasında polisin Nikol Paşinyan tərəfdarlarına əks-aksiyalar keçirməklə bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayılıb.

Ermənistan parlamentinin deputatı, "Şərəf duyuram" fraksiyasının üzvü Ayk Mamicanyan bəzi polislərin müxalifətin tərəfinə keçdiyini və etirazçılara güc tətbiq etməkdən boyun qaçırdığını iddia edib.

Müxalifət isə ölkədə fəaliyyət göstərən səfirliklərə xüsusi müraciət ünvanlayıb. Müraciətlərdə iddia edilir ki, səfirliklər Nikol Paşinyanla əməkdaşlığı kəsməlidirlər. Parlamentin vitse-spikeri, Daşnaksütyun partiyasının üzvü İşxan Saqatelyan səfirlərə səslənərək onlardan öz ölkə rəhbərliklərinə "Nikol Paşinyanın Ermənistanı və erməni xalqını təmsil etmədiyini" çatdırmalarını istəyib. Bundan başqa, parlamentin vitse-spikeri Ermənistanın İctimai televiziyasını hədələməyi unutmayıb və iqtidara yaxın telekanalları ölkə həqiqətlərini doğru şəkildə çatdırmamaqda ittiham edib.

Qeyd etmək lazımdır ki, hələlik xarici ölkələrdən yalnız ABŞ Ermənistanda baş verən hadisələrə reaksiya göstərib. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays dinc nümayişlərin açıq siyasi sistemlərin tərkib hissəsi olduğunu deməklə kifayətlənib. Ned Prays Ermənistan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə zorakılıqdan çəkinməyə və ölkədəki qanunların aliliyinə, demokratiyaya hörmət etməyə çağırıb.

Mitinqdəki çıxışında İ.Saqatelyan Nikol Paşinyanın antimilli siyasəti sayəsində Ermənistanın müstəqilliyinin təhlükə altında olduğunu bildirib. Onun sözlərinə görə, həmin "vahid təhlükəsizlik sistemi"nin bərpası üçün silahlı qüvvələr yenidən dirçəldilməli və bu məqsədlə strateji partnyorlar prosesə cəlb edilməlidir.

Ermənistanın üzləşdiyi çoxsaylı böyük problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları da göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edib. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə qarşılaşmayan erməni diasporunu Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi İrəvanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir.

Ölkədə hakimiyyəti isə hər zaman diaspor qurumlarından gələn göstəriş və əmrləri can-başla yerinə yetirməyə müntəzir dayanır. Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar bu ölkədə yox, onun sərhədlərindən kənarda qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə, onun iflasını tezləşdirməkdədir.

Bununla yanaşı, ölkədə iqtisadi durum da getdikcə ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 38,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 35,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir. Əhalinin yalnız 0,6 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu bildirib. Ermənistanın ümumi dövlət borcunun getdikcə artmasının da ciddi çətinlikləri meydana çıxaracağını istisna etmir.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəmiyyətində pessimizm baş alıb gedir. İqtidar  problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə aksiyalarını davam etdirir. Bu vəziyyət bütövlükdə ölkədə idarəçiliyi iflic vəziyyətinə salıb.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video