22 Sentyabr 2022 13:30
238
Səhiyyə

Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?

 

Cari il yanvar ayının 1-dən avqustun 31-nə qədər Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi”nin (AEM) Farmakonəzarət şöbəsinə əlavə təsirlər haqqında 115 bildiriş daxil olub. AEM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-i əczaçılıq şirkətləri və cəmi biri pasiyentlərin payına düşür.

Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər hələ ötən ilin sonunda başa çatdırılmışdır. Onlayn portal vasitəsilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat bir şəkildə ötürə bilirlər.

Sistem işə başlayan zaman bildirilmişdir ki, AEM Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir və AEM dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim edilən məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə AEM tərəfindən nəzarət ediləcək.

Vətəndaşlarımız onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək və ya QR kodu telefon vasitəsilə oxudaraq keçid əldə edə bilərlər.

“Yuxarıda qeyd etdiyimiz kimi, sistemin bir ilə yaxındır ki, işləməsinə baxmayaraq, cəmi 115 müraciət daxil olub. Vətəndaşların, xüsusən də pasiyentlərin bu sahədə aktivliyini artırmaq üçün saytımızda onlayn portaldan istifadəni daha da asanlaşdırmaq məqsədilə təlimat videoçarxı da yerləşdiririk,” – deyə AEM-in mətbuat xidmətindən bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video